“Neftçi”nin gənc ulduzu Kipr yolunda

04.03.26 | 15:10
Ölkə futbolu

“Neftçi”nin vingeri Murad Məmmədov karyerasını Kiprdə davam etdirə bilər. Bu barədə ada ölkəsinin nüfuzlu “Super Sport FM” portalı məlumat yayıb.

Məlumata görə, 19 yaşlı cinah hücumçusu “Aris”in yay transfer siyahısında ilk sıralarda qərarlaşıb. “Yaşıl-ağlar”ın skautlarının istedadlı futbolçunu artıq bir neçə aydır ki, yaxından izlədiyi bildirilir.

Kipr mətbuatı gənc vingerin keyfiyyətlərini yüksək qiymətləndirərək onu belə xarakterizə ediblər. Əsasən sağ cinahda çıxış edən Məmmədov yüksək sürəti, üstün texnikası və təkbətək mübarizələrdən qalib çıxmaq bacarığı ilə seçilir.

Gənc yaşına baxmayaraq, “Neftçi”nin əsas heyətində möhkəmlənməyi bacaran futbolçu, həmçinin Azərbaycanın U-21 millisinə dəvət alır və vurduğu qollarla diqqət mərkəzindədir.

Muradın müqaviləsinin mövsüm sonunda başa çatması və azad agent statusu alacağı faktı bu transferi “Aris” üçün daha cəlbedici edir. Klub təzminat ödəmədən gələcək vəd edən oyunçunu heyətinə qata bilər.

“Aris” rəhbərliyi hücum xəttini gəncləşdirmək və komandaya dinamika qatmaq niyyətindədir. Məmmədov həm oyun üslubu, həm də gələcəkdə yüksək məbləğə satılma potensialı (resale value) baxımından klubun fəlsəfəsinə tam uyğun gəlir. Mənbə qeyd edir ki, düzgün rəhbərlik altında Murad öz səviyyəsini daha da yüksəldə biləcək bir potensiala sahibdir.

Paylaş:

Xəbər Lenti

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54