Valdas Dambrauskas: “Bəzən belə oyunlar Çempionlar Liqasından daha gərgin keçir”

01.03.26 | 22:21
Ölkə futbolu

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın 22-ci turu çərçivəsində keçirilən və 3:3 hesabı ilə başa çatan “Qarabağ”la dramatik qarşılaşmanı şərh edib.

“3:0-dan sonra qələbəni əldən vermək məyusedicidir”

Təcrübəli mütəxəssis oyunun gedişatından və nəticədən danışarkən, qələbəni son anlarda əldən verdikləri üçün üzgün olduğunu bildirib:

“Matçdan əvvəl məşqçilər korpusu ilə söhbət edərkən görüşün 3:3 hesabı ilə bitə biləcəyini ehtimal etmişdik. Təəssüf ki, 3:0 hesabı ilə öndə olmağımıza baxmayaraq, bu üstünlüyü qoruya bilmədik. Bəli, bizə çox çətin idi. Burada ‘Qarabağ’ın təcrübəsi öz sözünü dedi – son 20 dəqiqədə meydanda onların təcrübəsi danışırdı. Çox məyusuq. Bir yolunu tapıb qələbəni qorumalıydıq, lakin bacarmadıq”.

Dambrauskas bu oyunun komandası üçün böyük dərs olduğunu vurğulayıb: “Qarşıda bizi həm kubok, həm də çempionat oyunları gözləyir. İndi daha yaxşı hazırlaşmalı və doğru oynamalıyıq. 70-ci dəqiqəyə qədər öndə olsaq da, rəqib möhtəşəm geri dönüş (kambek) etdi. Azarkeşlərə də təşəkkür edirəm, amma tribunadakı boş yerlərə görə üzgünəm. Belə oyunlar bəzən Çempionlar Liqası matçlarından daha maraqlı və gərgin keçir. Bu gün meydanda hər şey var idi: intriqa, dram”.

“Biz bir xal qazanmadıq, iki xal itirdik

Baş məşqçi 3 qolluq üstünlükdən sonra alınan bərabərliyi itki kimi qiymətləndirib: “Əgər məndən bunu oyundan əvvəl soruşsaydınız, fərqli cavab verərdim. Lakin 3:0-dan sonra biz bir xal qazanmadıq, iki xal itirdik. “Qarabağ”ı bu geri dönüşə görə təbrik edirəm. Ümid edirəm ki, bir daha belə səhvlərə yol verməyəcəyik”.

Müşfiq Hüseynova qarşı qeyri-etik hərəkət və üzrxahlıq

Oyunda baş verən xoşagəlməz insidentə də toxunan Dambrauskas, köməkçisinin rəqib komandanın məşqçisi, Azərbaycan futbolunun əfsanəsi Müşfiq Hüseynova qarşı etdiyi hərəkətə görə üzr istəyib: “Düzünü desəm, mən o anı görmədim, çünki diqqətim meydanda idi. Sadəcə ehtiyat oyunçular skamyasında hamının ayağa qalxdığını gördüm. “Sabah” klubu olaraq biz belə məsələlərdə heç vaxt tolerant olmayacağıq. Bizim üçün hörmət və ‘fair-play’ qaydaları hər şeydən üstündür”.

Qısa müddətdə buraxılan qollar və hakimlik barədə

12 dəqiqə ərzində 3 qol buraxmalarını konsentrasiya çatışmazlığı və rəqibin gücü ilə əlaqələndirən məşqçi, Xəyal Əliyevin fasilədə əvəzlənməsinin səhhəti ilə bağlı məcburi bir addım olduğunu deyib. Sonda hakimlik barədə danışan mütəxəssis kəskin tənqiddən yayınıb: “Hakimlərin səhvlərinə cavabdeh olan komitə sədri var. Hamımız insanıq, səhv edə bilərik. Ümid edirəm ki, qərəzli səhvlər olmayıb. Mən öz futbolçularımın səhvlərinə görə məsuliyyət daşıyıram, hakimlərin işini isə aidiyyəti qurumlar təhlil etməlidir”.

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09