AFFA İntizam Komitəsinin növbəti iclasında ölkə çempionatının liqalarında baş verən qayda pozuntuları ilə bağlı cərimələr tətbiq edilib.
Premyer Liqanın “Kəpəz” – “Sabah” matçında ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan Şakir Seyidova görə Gəncə təmsilçisi 1000 manat məbləğində cərimələnib.
“İmişli” ilə oyunda sarı vərəqə limiti aşıldığı üçün “Şamaxı” klubu 700 manat cərimə olunub.
Əvəzedicilərin liqasının 17-ci turun oyunlarında ikinci heyətlərin yol verdiyi qayda pozuntularına görə Premyer Liqa klublarına ümumilikdə 1740 manat cərimə kəsilib.
Birinci liqanın 16-cı turundakı pozuntulara görə klublar cəmi 720 manat, ikinci liqanın 15-ci turundakı pozuntulara görə isə cəmi 360 manat məbləğində cərimə ediliblər.