“Strasburq”un müdafiəçisi Ben Çiluell, keçmiş komanda yoldaşı, hazırda “Kremoneze”də çıxış edən hücumçu Ceymi Vardinin matçdan əvvəlki qeyri-adi vərdişləri barədə xatirələrini bölüşüb. Futbolçular vaxtilə “Lester” klubunda birlikdə çıxış ediblər.
“Kimin oyunöncəsi ritualları daha çox yadımda qalıb? Əlbəttə ki, Ceymi Vardinin! Amma bu, heç də başqalarına tövsiyə ediləcək bir şey deyil!
O, oyun başlamazdan bir saat əvvəl dörd banka Red Bull içirdi. Matçdan əvvəlki axşam isə oteldə şərab və ya pivə qəbul edirdi. Demək olar ki, heç yatmırdı. Gecə saat 3 radələrində qapımı döyüb məni yuxudan oyadırdı. O, əsl çılğındır. Lakin bütün bunlardan sonra meydana çıxıb het-trik edirdi” – deyə Çiluell L’Équipe nəşrinə müsahibəsində bildirib.