Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilməli olan “Neftçi” – “Qarabağ” matçının təxirə salınması ilə əlaqədar olaraq, bakılılar klubun bazasında ikitərəfli oyun keçiriblər.
“Ağlar” və “qaralar” arasındakı qarşılaşma birincilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Qolları Vensan Abubakar (2), İmad Faraj, Bassala Sambu və Edvin Kuç vurublar.