Tomas Tuxelin İngiltərə Futbol Assosiasiyası (FA) ilə müqaviləsini yeniləməsi və milli komandadakı postunda qalması qurum daxilində birmənalı qarşılanmayıb.
“The Touchline” nəşrinin yaydığı məlumata görə, Assosiasiyanın bəzi yüksək rütbəli rəsmiləri bu qərardan narazı qalıblar. Narazı tərəf hesab edir ki, alman mütəxəssis barədə yekun qərar yalnız Dünya Çempionatından sonra verilməli idi. Onların fikrincə, müqavilə yenilənməzdən əvvəl turnirin nəticələri ilə yanaşı, Tuxelin taktiki fəlsəfəsi və liderlik keyfiyyətləri də dərindən analiz edilməli idi.
İddialara görə, müqavilənin tələsik uzadılmasının əsl səbəbi Tuxelin başqa klublara keçmək ehtimalıdır. Belə ki, Assosiasiya rəhbərliyi təcrübəli məşqçinin digər təklifləri dəyərləndirəcəyindən ehtiyat edib. Xatırladaq ki, bundan əvvəl Tomas Tuxelin adı yay transfer pəncərəsində “Mançester Yunayted”in siyahısında olduğuna dair xəbərlər yayılmışdı.