“Sabah” klubu iki futbolçusu ilə yollarını ayırdığını rəsmi olaraq açıqlayıb. “Bayquşlar” qapıçı Rüstəm Samiqulin və hücumçu Camal Cəfərovla vidalaşıb.
Xatırladaq ki, bir müddət əvvəl Samiqulinin I Liqa təmsilçisi “Cəbrayıl” klubuna icarəyə veriləcəyi barədə məlumatlar yayılmışdı. Lakin son xəbərlərə görə, gənc qapıçının bu keçidi icarə əsasında deyil, tam transfer (daimi müqavilə) şəklində reallaşacaq.