Şahmat çempionatında sensasiya

12.02.26 | 16:01
Digər növlər

Şahmat üzrə ölkə çempionatında 1/8 final mərhələsinin ilk oyunları başa çatıb. Şahmat Federasiyasının məlumatına görə, kişilərin mübarizəsində bəzi favoritlər xal itkisi ilə üzləşib, qadınların yarışında isə maksimum məhsuldarlıq qeydə alınıb.
 Turnirin əsas reytinq favoriti Şəhriyar Məmməyarov Murad İbrahimli ilə, son ölkə çempionu Rauf Məmmədov isə Şiroğlan Talıbovla heç-heçə edib. Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Read Səmədov və Əhməd Əhmədzadə ilk partiyada rəqiblərini məğlub edərək üstünlük qazanıblar. Dünya Kubokunun mükafatçısı Nicat Abasov isə ilk partiyada Xaqan Əhmədə məğlub olaraq azarkeşləri təəccübləndirib.
Qadın şahmatçıların mübarizəsində bütün masalarda oyunlar qələbə ilə başa çatıb və heç bir qarşılaşmada heç-heçə qeydə alınmayıb. Son çempion Günay Məmmədzadə Nərmin Kazımovanı, Avropa çempionu Ülviyyə Fətəliyeva isə Zəhra Allahverdini məğlub edib. Digər görüşlərdə Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Ayan Allahverdiyeva və Səbinə İbrahimova da günü qələbə ilə tamamlayıblar.
Bu gün şahmatçılar 1/8 finalın cavab partiyaları üçün yenidən masa arxasına əyləşəcəklər. Çempionatın bütün oyunları hər gün saat 15:00-da start götürür.

Paylaş:

Xəbər Lenti

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54