Ölkəmizin sərbəst və yunan-Roma güləşi üzrə yığma komandaları 25 fevral – 1 mart tarixlərində Albaniyanın paytaxtı Tiranada keçiriləcək “Muhamet Malo” reytinq turnirində mübarizə aparacaqlar. Turnir üçün açıqlanan ilkin heyətdə ölkəmizi ümumilikdə 27 idmançı təmsil edəcək. Turnir həm reytinq xalları qazanmaq, həm də qarşıdakı böyük yarışlar öncəsi komandaların fiziki hazırlığını yoxlamaq baxımından böyük əhəmiyyət kəsb edir.
Sərbəst güləş üzrə heyət
Sərbəst güləşçilərimiz 9 çəki dərəcəsində qüvvəsini sınayacaq:
57 kq: İslam Bazarqanov
61 kq: Nurəddin Novruzov
65 kq: Rəşid Babazadə
70 kq: Kənan Heybətov
74 kq: Turan Bayramov
79 kq: Cəbrayıl Hacıyev
86 kq: Arseni Cioyev
97 kq: Maqomedxan Maqomedov
125 kq: Giorgi Meşvildişvili
Yunan-Roma güləşi üzrə heyət
Yunan-Roma güləşçilərimiz geniş heyətlə, xüsusilə bir neçə çəki dərəcəsində daxili rəqabəti yoxlamaq məqsədilə qatılırlar:
55 kq: Elmir Əliyev, Rəşad Məmmədov
60 kq: Nihat Məmmədli, Nihad Quluzadə
63 kq: Murad Məmmədov, Ziya Babaşov, Sakit Quliyev
67 kq: Məhəmməd Şükürzadə
72 kq: Ruslan Nurullayev
77 kq: Sənan Süleymanov
82 kq: Tuncay Vəzirzadə
87 kq: İslam Abbasov, Laçın Vəliyev
97 kq: Murad Əhmədiyev, Maqomed Əhmədiyev, Arif Niftullayev
130 kq: Beka Kandelaki, Sərxan Məmmədov