“Qarabağ”ın və Azərbaycan millisinin gənc ulduzu Nəriman Axundzadə karyerasında kəskin dönüş etməyə hazırlaşır. 21 yaşlı hücumçu ABŞ-ın MLS liqasında çıxış edən “Kolumbus Kryu” klubu ilə prinsipal razılıq əldə edib.
Tərəflər arasında minimum 3,5 illik sözləşmə imzalanacaq. Hazırda müqavilənin son detalları üzərində iş gedir. Rəsmi imzalardan dərhal sonra viza prosedurlarına başlayacaq olan Nəriman, fevral ayının sonuna kimi Ohayo ştatına yollanaraq yeni komandasına qoşulacaq.
Qeyd edək ki, “Kolumbus Kryu” MLS-in ən köklü və iddialı klublarından biridir. Nəriman bu transferlə MLS tarixində çıxış edəcək ilk azərbaycanlı futbolçu kimi tarixə düşə bilər. Onun “Qarabağ”ın heyətində həm daxili çempionatda, həm də Avrokuboklarda nümayiş etdirdiyi məhsuldar oyun okean otesi skautlarının diqqətindən qaçmayıb.