Premyer Liqa təmsilçisi “İmişli” heyətini yeni futbolçu ilə gücləndirib. Klubun mətbuat xidmətindən verilən məlumata görə, perspektivli yarımmüdafiəçi Nazim Hüseynovla 2,5 illik rəsmi müqavilə imzalanıb.
18 yaşlı futbolçu meydanda əsasən “10 nömrə” mövqeyində (pleymeyker) çıxış edir, eyni zamanda sol cinah hücumçusu kimi də oynamaq bacarığına malikdir. Qeyd edək ki, N.Hüseynovun son klubu “Qəbələ” olub.