“Qarabağ” transfer bazarındakı səssizliyini böyük bir uğurla pozdu. Ağdam təmsilçisinin fransalı müdafiəçi Jeremi Njali üçün ödədiyi məbləğ rəsmiləşib və bu rəqəmlər “Köhlən atlar”ın növbəti transfer qələbəsindən xəbər verir.
Dünya futbolunun ən nüfuzlu statistika portalı olan “Transfermarkt”in məlumatına görə, “Qarabağ” 23 yaşlı sol cinah müdafiəçisinin transferi üçün Kiprin AEK klubuna 100 000 avro (təxminən 200 000 manatdan çox) təzminat ödəyib.
Bu məbləği diqqətçəkən edən əsas məqam futbolçunun real bazar qiymətidir. Hazırda Njalinin bazar dəyəri 450 000 avro qiymətləndirilir. Beləliklə, Ağdam klubu gənc ulduzu öz dəyərindən təxminən 4,5 dəfə daha ucuz qiymətə heyətinə qatmağı bacarıb. “Qarabağ” fransalı müdafiəçi ilə 2,5 illik rəsmi müqavilə imzalayıb. Bu müddət klubun gənc futbolçuya olan böyük inamını göstərir. Müqavilənin may ayında bitməsindən ustalıqla istifadə edən “Qarabağ” rəhbərliyi, həm maliyyə baxımından qənaət edib, həm də perspektivli oyunçunu komandaya cəlb edib.