Niderlandda beynəlxalq Tata Steel Challengers şahmat turniri davam edir. Yarışda Azərbaycanı qrosmeyster Aydın Süleymanlı təmsil edir. 6-cı turda Süleymanlı Panesar Vedant ilə qarşılaşıb və oyun heç-heçə ilə yekunlaşıb.
Hazırda aktivində 4,5 xal olan təmsilçimiz turnir cədvəlində liderliyini itirərək 3-cü pilləyə enib.
Süleymanlı ilə yanaşı, daha 13 şahmatçı birincilik uğrunda mübarizə aparır. Yarış dairəvi sistem üzrə keçirilir və ümumilikdə 13 turdan ibarətdir. “Tata Steel Challengers” turniri fevralın 1-də başa çatacaq.