Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura start verilir. İlin ilk turunun açılış günündə azarkeşləri iki maraqlı qarşılaşma gözləyir. Bu oyunlar həm turnir cədvəlinin yuxarı pillələrindəki rəqabət, həm də debütantların mövqeyi baxımından böyük əhəmiyyət kəsb edir.
Günün ilk matçı Qubada baş tutacaq. Premyer Liqanın debütantı olan “İmişli” nominal meydan sahibi qismində “Araz-Naxçıvan”ı qəbul edəcək.
Günün mərkəzi qarşılaşması isə Bakıda keçiriləcək. Rəhbərlik və heyətdəki dəyişikliklərdən sonra “Neftçi” həm azarkeşlərini sevindirmək, həm də turnir cədvəlində irəliləmək niyyətindədir. Lakin rəqib olduqca ciddidir; Rəşad Sadıqovun başçılıq etdiyi “Zirə” sabit çıxışı və keçilməz müdafiəsi ilə seçilir. Bu duel “ilk dördlük” uğrunda mübarizənin taleyinə ciddi təsir göstərə bilər.
14:30. “İmişli” – “Araz-Naxçıvan”
Məkan: Quba, Olimpiya İdman Kompleksinin stadionu
Baş hakim: İnqilab Məmmədov
19:00. “Neftçi” – “Zirə”
Məkan: Bakı, “Palms Sports Arena”
Baş hakim: Fərid Hacıyev