Premyer Liqanın 1-ci turundan təxirə salınan oyun çərçivəsində “Sabah”a məğlub olan “Qarabağ”ın baş məqşçisi Qurban Qurbanov məğlubiyyətin faydalı olduğunu deyib: “Belə nəticəni gözləyirdim. Komandam həddindən artıq böyük güc sərf edib. Bəzi futbolçular tam hazır deyildi. Bunu görürdük. Problemlərimiz oldu. Bu oyun bizə böyük fayda verəcək. Rəqibin gücünü, istəyini gördük”.