Nəriman Axundzadə və Azərbaycan futbolunun təkrarlanan taleyi

18.12.25 | 10:01
Ölkə futbolu

Bir vaxtlar Yunis Hüseynov və Vidadi Rzayevi də zirvələrdə görürdük

Ötən həftə ölkənin futbol ictimaiyyəti “Qarabağ”ın hücumçusu  Nəriman Axundzadənin ətrafında gedən müzakirələrdə ikiyə bölündü. Böyük çoxluq onu tənqid etdi, azlıq isə qahmar çıxmağa çalışdı. Həqiqət isə, adətən olduğu kimi, emosiyaların arasında itib-batdı. Gənc Nəriman “Qarabağ”a qədər gəlib çıxıbsa, təsadüfi deyil və istedadı var. Futbol elə bir oyundur ki, burada azyaşlı komandalarda yola verə bilərsən, amma peşəkar klubların kandarına ayaq basanda mütləq fərqlənməlisən. Odur ki, Nərimanın olduğu yer təsadüfi deyil, heç haqsız da deyil.  O, digər tay-tuşlarından fərqləndiyi üçün ordadır. Amma azarkeşlər ondan daha böyük qəhrəmanlıqlar gözləyir, nədənsə onun Dezire Due, Cud Bellinqem, Camal Musiala olmasını gözləyir. Böyük oyunlarda axsaması insanları qəzəbləndirir. Ötən həftə sosial şəbəkələrdə Nərimanla bağlı mənzərəni görəndə yadıma köhnə bir xatirə yadıma hadisə düşdü:

1980-ci illərin sonu idi. SSRİ Çempionatında “Neftçi” Donetsk “Şaxtyor”u ilə Bakıda görüşürdü. O vaxtı Lenin adına Respublika stadionunda (indiki Tofiq Bəhramov adına) 12 min azarkeş toplaşmışdı. İlk dəfə Vidadi Rzayev və Yunis Hüseynovun oyununu canlı və daha yaxından izləyirdim və inandırım sizi, gördüklərimdən heyrətə gəlmişdim. Heç bir şişirtmə və pafos olmadan deyirəm, o zaman nə SSRİ-də, nə də Avropada bu dərəcədə istedadlı, texnikalı çox az futbolçu vardı. Olsa-olsa Cənubi Amerikadan gələn az sayda futbolçular idi. Bəstəboyu və fiziki görünüşünə görə tribunalar Vidadiyə hətta “Maradona” deyirdilər. Həmin gün mən düşünür və ürəkdən inanırdım ki, bu istedadlı futbolçular təkcə Sovet futbolunun deyil, eləcə də Avropa meydanlarının parlaq ulduzlarına çevriləcəklər. Bunun üçün onlarda futbolun bütün keyfiyyətləri artıqlaması ilə var idi. Futbol Tanrısı onlara qarşı həddən artıq səxavətli davranmışdı. Amma Yunis Hüseynovla Vidadi Rzayev tanrının onlara bəxş etdiyi sonsuz futbol istedadına, böyük zirvələrə yüksəlmək imkanlarına baxmayaraq, hətta Rusiya liqasına da yol tapa bilmədilər və karyeralarını ortabab Azərbaycan çempionatında davam etdirdilər. Bu böyüklükdə istedadın qarşısında onlar ara-sıra beynəlxalq oyunlarda bir-iki epizodda parlamaqla yadda qaldılar (indi bizə Nərimanın “Braqa” oyununda vurduğu qolu xatırladıqları kimi). Yunisin və Vidadinin xarakteri və dünyagörüşü arzulanan yüksəkliklərə çatmağa mane oldu. Hər iki futbolçunun səhvi onda oldu ki, erkən yaşda çıxıb getməli idilər, bu mühitdən uzaq düşməli və özlərini dəyişdirməli idilər. Getmədilər, və Azərbaycan futbolu özünün qeyri-peşəkar mühiti, bayağı və intellektsiz məşqçiləri, rüşvət və korrupsiya düşgünü olan funksionerləri ilə onları istedadı ilə birlikdə gömdü. İndi Nərimanı da eyni aqibət gözləyir. Burada qalsa, sağında-solunda hökm sürən mühitin növbəti qurbanı olacaq. Özündə güc tapıb getsə və xarakter göstərib məşqlərə dözə bilsə ölkəsinə qalib kimi qayıdacaq.

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09