Konfrans Liqasında (KL) qrup mərhələsinə bu gün yekun vurulacaq. Tarixində ilk dəfə iştirak etdiyi turnirdə növbəti mərhələyə vəsiqəni artıq təmin edən “Samsunspor”, qrup mərhələsini ilk 8 komanda arasında tamamlayaraq birbaşa 1/8 finala yüksəlməyi hədəfləyir.
“Qırmızı-ağlar” bu axşam səfərdə Almaniyanın “Maynts” klubu ilə qarşılaşacaq. Son turda doğma meydanda Yunanıstanın AEK klubuna uduzduqdan (1:2) sonra Samsun təmsilçisi işini bir qədər çətinə salıb. Bu səbəbdən Almaniyada qazanılacaq xal turnir cədvəlindəki mövqe üçün həlledici rol oynayacaq.
Komandanın heyətlə bağlı ciddi problemi var. Belə ki, bu vacib matçda 5 futbolçu iştirak edə bilməyəcək. Cherif Ndiaye və Eyüp Aydın qış transfer pəncərəsində heyətə qatılsalar da, adları UEFA siyahısında olmadığı üçün qaydalara görə forma geyinə bilməyəcəklər. Afonso Sousa və Bedirhan Çetin zədəli olduqlarından komandaya kömək edə bilməyəcəklər.
Mərc araşdırması çərçivəsində 45 günlük cəza alan Celil Yükseldə meydanlardan uzaq düşüb.
АЕК (Yunanıstan) – Univеrsitatya (Krayova, Rumıniya)
AEK (Kipr) – Şkendiya (Albaniya)
Alkmaar (Niderland) – Yaqеlloniya (Polşa)
Dinamo (Kiyev, Ukrayna) – Noa (Ermənistan)
Zrinski (Bosniya) – Rapid (Avstriya)
Kristal Pelas (İngiltərə) – KuPS (Finlandiya)
Legiya (Polşa) – Linkoln (Cəbəllütariq)
Lozanna (İsveçrə) – Forentina (İtaliya)
Maynts (Almaniya) – Samsunspor (Türkiyə)
Omoniya (Kipr) – Rakuv (Polşa)
Rayo Valekano (İspaniya) – Drita (Kosovo)
Siqma (Çexiya) – Lex (Polşa)
Slovan (Slovakiya) – Hakken (İsveç)
Sparta (Çexiya) – Aberdin (Şotlandiya)
Strasbur (Fransa) – Breydablik (İslandiya)
Çele (Sloveniya) – Şelburn (İrlandiya)
Şaxtyor (Ukrayna) – Riyeka (Xorvatiya)
Şеmrok Rovers (İrlandiya) – Hamrun Spartans (Malta)