Dekabr 25-dən – 31-dək Qətərin paytaxtı Doha şəhərində keçiriləcək rapid və blits üzrə dünya çempionatında iştirak edəcək şahmatçılarımızın sayı 17-yə çatıb. Belə ki, kişi komandasına Xaqan Əhməd, Read Səmədov və Murad İbrahimli, qadın komandasına isə Mələk İsmayıl qoşulub. Eyni zamanda, Aydın Süleymanlı heyətdən çıxarılıb. Xatırladaq ki, daha əvvəl aşağıdakı heyətlər açıqlanmışdı.
Kişi komandası: Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Nicat Abasov və Məhəmməd Muradlı.
Qadın komandası: Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova.
Heyətdə təcrübəli qrosmeysterlərlə yanaşı, gənc istedadların olması diqqət çəkir. Dünya çempionatının ümumi mükafat fondu 1 000 000 ABŞ dolları təşkil edəcək”.