Türkmənistanın “Arkadağ” klubu ölkə çempionatında növbəti dəfə hegemonluğunu nümayiş etdirərək, ardıcıl üçüncü dəfə çempionluq tituluna sahib çıxıb. Ölkə başçısı Serdar Berdimuhammedovun təsis etdiyi komanda cari mövsümdə keçirdiyi 28 oyunun hamısında qələbə qazanaraq 100 faizlik nəticə göstərib.
Klubun ümumi göstəriciləri isə dünya futbolu üçün nadir hadisə hesab oluna bilər. Belə ki, “Arkadağ” yarandığı gündən bəri milli çempionat çərçivəsində keçirdiyi 82 oyunun hamısından qalib ayrılıb.
Komanda rəqib qapılarına 105 qol vurduğu halda, öz qapısında cəmi 15 qol görüb və çempion komanda ən yaxın izləyicisi olan “Ahal”ı 28 xal qabaqlayıb. Çempion komanda ən yaxın izləyicisi olan “Ahal”ı 28 xal qabaqlayıb.