Ciddi maliyyə problemi ilə üzləşən İngiltərə Premyer liqasının təmsilçisi “Vulverhempton” bütün heyətini satışa çıxarmağa hazırlaşır. Rəhbərliyin bu kəskin qərarı maliyyə tarazlığını təmin etmək üçün verdiyi bildirilir. Komandanın ulduzları, gənc istedadları və kapitanları da daxil olmaqla heç kimin satışdan sığortalanmadığı və istənilən oyuçu ilə bağlı bütün təkliflərin nəzərdən keçiriləcəyi söylənilir. Hətta təcili pula ehtiyac duyulduğu üçün yüksək transfer haqqı alması gözlənilən futbolçuların aşağı qiymətə satıla biləcəyi iddia edilir. “Canavarlar”ın bu durumu Avropada bir çox klubun, o cümlədən Türkiyə Super liqası təmsilçilərinin diqqətini cəlb edib.
“Beşiktaş”ın “Vulverhempton”un 28 yaşlı müdafiəçi Emmanuel Agbadou ilə maraqlandığı, “Qalatasaray”, “Fənərbaxça” və “Trabzonspor”un agentlər vasitəsilə təklif olunan oyunçuları yaxından izlədiyi bildirilir.