“Qarabağ”ın məğlub etdiyi “Kopenhagen” və “Benfika” səhvlərindən nəticə çıxararaq dirçəliş yolunu tutub. “Benfika” güclü “Napoli” üzərində gözlənilmədən inamlı qələbə qazanaraq pley-off şansını xeyli artırdı. “Kopenhagen”in səfərdə “Vilyarreal”ı udması da gözlənilməz oldu. Danimarkalılar son dəqiqə qolu ilə vacib qələbə qazanıb. Turun diqqətçəkən oyununda isə “Mançester Siti” “Real”ı səfərdə məlub etdi.
Çempionlar Liqası, Əsas Mərhələ, 6-cı tur
Vilyarreal – Kopenhagen 2:3
Komesanya, 47. Oluvaseyi, 56 – Elyunussi, 2. Aşuri, 48. Kornelius, 90.
Qarabağ – Ayaks 2:4
Duran, 10. Mateus Silva, 47 – Dolberq, 39. Qlux, 79; 90. Qoey, 83.
Atletik – PSJ 0:0
Bayer – Nyukasl 2:2
Bruno Qimarayns, 13-avtoqol. Qrimaldo, 88 – Qordon, 51-p. Mayli, 74.
Benfika – Napoli 2:0
Rios, 20. Barreyru, 49.
Borussiya D – Bude Qlimt 2:2
Brandt, 18; 51 – Alisami, 42. Hauqe, 75.
Brügge – Arsenal 0:3
Maduke, 25;47. Martinelli, 56.
Real – Mançester Siti 1:2
Rodriqo, 28 – Orayli, 35. Hollan, 43-p.
Yuventus – Pafos 2:0
Makkenni, 67. Devid, 73.
