Rio Ferdinand, Ueyn Qretski, Robbi Uilyams…
FİFA DÇ-2026-nin püşkatma mərasiminin aparıcıları və məşhur qonaqlarının siyahısını rəsmi olaraq açıqlayıb.
Tədbirin əsas aparıcısı sabiq inglis futbolçu Rio Ferdinand olacaq. Ona məhşur aparıcı Samanta Conson kömək edəcək, qırmızı xalçada isə Eli Maninq xidmət göstərəcək. Püşkatma zamanı köməkçilər arasında beysbolçu Aron Cac, əfsanəvi hokkeyçi Ueyn Qretski, Amerika futbol ulduzu Tom Bredı və basketbol ikonası Şakil O’Nil olacaq.
Adları çəkilənlərdən başqa komediyaçı Kevin Hart, model Heydi Klum və aktyor Danni Ramires də çıxış edəcəklər.
Həmçinin musiqili çıxışlar da olacaq. Qonaqları britaniyalı müğənni Robbi Uilyams, italyan maestro Andrea Boçelli, amerikalı pop müğənni Nikol Şerzinger və Donald Trampın tez-tez istifadə etdiyi məşhur “Y.M.C.A.” mahnısı ilə Village People qrupu əyləndirəcək.
Ağ Ev sözçülərinin əvvəllər bildirdiyi kimi, ABŞ prezidenti Donald Trampda iştirakçılar arasında olacaq.