İspaniyanın Linares şəhərində keçirilən şahmat üzrə qadınlardan ibarət yığma komandaların Dünya Çempionatı başa çatıb. Millimiz finalda (Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva) FİDE bayrağı altında çıxış edən ruslarla qarşılaşıb. Təəssüf ki, şahmatçılarımız hər iki oyunda ruslara uduzub. İlk oyunda komandamız 1:3 hesabı ilə yenilib. Məmmədova və Beydullayeva heç-heçə edib, Balacayeva və Fətəliyeva isə məğlub olub.
İkinci oyunda gülən tərəf yenə FİDE komandası olub – 1,5-2,5. Məmmədova, Fətəliyeva və Beydullayeva heç-heçə edib, Allahverdiyeva isə məğlub olub. Yeri gəlmişkən, Fətəliyeva turnir iştirakçıları arasında birinci lövhədə ən yaxşı nəticəni göstərib.
Xatırladaq ki, daha əvvəl yığmamız qrup oyunlarında Peru (3:1), Qazaxıstan (1.5:2.5), ABŞ (0.5:3.5), FİDE (1:3) və İspaniya (3.5:0.5) ilə qarşılaşıb, 1/4 finalda Gürcüstanı (2:2, 2.5:1.5), 1/2 finalda Qazaxıstanı (2:2, 2:2, 3:1) məğlub edib.