Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qadın qılıncoynadalarımız (Zərifə Hüseynova, Səbinə Kərimova, Palina Kaspiaroviç) yarımfinalda Türkiyəni 45:32 hesabı ilə məğlub edərək finala yüksəlib. Həlledici görüşdə Özbəkistanla qarşılaşan yığmamız rəqibini 45:43 yenərək qızıl medal qazanıb.
Xatırladaq ki, otən İslamiadada qadınlarmız birinci olmuşdu. Qadın şpaqa qılıncoynatma yığmamız (Aynur Quliyeva, Xədicə Həsənli, Nazilə Rəhimova) qrupda BƏƏ-ni 45:29 hesabıyla məğlub edib. Ancaq yarımfinalda Özbəkistana 38:39 hesabıyla uduzaraq yarışı bürünc medalla başa vurublar.
Kişi şpaqa qılıncoynatma millimiz (Vahab Fətullayev, Ruslan Həsənov, Mirxətay Məmmədov, Emin Səfərbəyov) qrup matçında BƏƏ-yə (43:44) məğlub olub. Qılıncoynatma üzrə kişilərdən ibarət komandamız (Murad Əkbərov, Abbas Hüseynov, Maqsud Hüseynli, Saleh Məmmədov) da qrup matçında Özbəkistana uduzub (43:45).
Qılıncoynadanlarımız İslamiadadadörd üst-üstə 4 medal qazanıblar (1-0-3).