Dünən Çempionlar Liqasının əsas mərhələsində “Barselona” “Real”ı daradağın edib – 4:0. Söhbət qadın komandaların turnirindən gedir. Maraqlıdır ki, “Barsa”nın xanımları əbədi rəqiblərinə qarşı keçirdikləri 22 oyundan 21-də qələbə qazanıb və yalnız birində uduzub.