Çempionatın sürpriz lideri olan “Turan” üçün bu oyun əsl sınaq idi. Qurban Berdıyevin yetirmələri Premyer Liqanın güclülərindən sayılan “Zirə” ilə qarşılaşmada əsl gücünü ortaya qoymalı idi. İlk yarı da oyunun yüksək statusunu təsdiq etdi. Gərgin keçən qarşılaşmada hətta qırmızı vərəüə də göründü. Konate “Turan”ın futbolçusuna baş zərbəsi endirdiyi üçün önündə qırmızı vərəqə gördü, lakin hakim VAR-a baxdıqdan sonra qərarını ləğv etdi.
İkinci hissə “Zirə”nin üstünlüyü ilə keçdi. Tovuzlular mütəşəkkil müdafiə olunur, ara-sıra dişlərini göstərməyə çalışırdı. Meydan sahiblərinin təzyiqi rəqibi səhvlərə sövq etdi və 62-ci dəqiqədən sonra qonaqlar azlıqda qaldı. Rəşad Sadıqovun yetirmələri say üstünlüyündən də istifadə edə bilmədi. “Turan” heç-heçəni qorudu. Oyunun gedişi onu deməyə əsas verir ki, “Zirə” faktiki olaraq 2 xal itirdi, “Turan” isə 1 xal qazandı.
Premyer Liqa, 11-ci tur
“Zirə” – “Turan-Tovuz” 0:0