Dolaşan söhbətlərə görə, güya Hans-Dieter Flik “Barselona” rəhbərliyinə “yoruldum, gedirəm” mesajını göndərib. Söylənilənlər qəribə səslənsə də, alman mütəxəssisin işindən bezdiyi və hətta bəzi oyunçularla münasibətindən məyus olduğu iddia edilir. Flik mövsümün sonunda Kataloniya klubundan ayrılmağı planlaşdırır. Düzdü özü bu söhbətləri şayiə və cəfəngiyat adlandırıb. Çox güman ki, hətta deyilənlər doğru olsaydı belə, o yenə eyni fikiri deyərdi. Ancaq belə bir deyim var “od olmayan yerdən tüstü çıxmaz”, ona görə də onun gedişini istisna etmək olmaz.