Holland futbolçu Memfis Depay Braziliya “Korintians”ına keçərkən danışıqlar yoluyla əhəmiyyətli imtiyazlar əldə edib. Birincisi, klub onun aylıq otel xərclərini ödəyir. Bu məbləğ ayda təxminən qırx min avroya bərabərdir. İkincisi, Depayın şəxsi aşpazı var. Əlbəttə ki, onun əmək haqqısınıda klub ödəyir. Bundan başqa onun mühafizəçiləri və zirehli maşını var. Düzdü, cinayətkarlığın çox olduğu Braziliyada bunu məntiqli saymaq olar. Böyük əksəriyyəti favelalarda yaşayan klub tərəfdarları belə israfçılığı heç cür anlaya bilmirlər. Artıq onlar səslərini qaldırmağa başlayıblar və Depayı təvazökar olmağa çağırırlar. Futbolçunun özü isə hələ ki, güzəştlərindən imtina etmək fikirində deyil. İş gettdikcə böyüyür və müzakirələr daha da qızışdırır.