Ölkəmizi FIBA Avropa Kubokunda təmsil edən “Abşeron Lions” basketbolçuları bu gün mübarizəyə qoşulub. Abşeronlular ilk oyunda Estoniynin “Kalev” komandası ilə qarşılaşıblar. Bakı İdman Sarayında keçirilən görüş komandamızın 93:85 (21:32, 22:19, 17:22, 25:20) hesablı qələbəsi ilə bitib.
Xatırladaq ki, I qrupunda yer alan digər təmsilçimiz “Neftçi” ilk oyunda Polşada “Trefl”ə uduzub – 63:92.