Kiçik ölkələr üçün böyük qapı: UEFA islahatları və “Qarabağ” fenomeni

16.10.25 | 10:14
Ölkə futbolu

Uzun illərdir ki, “Qarabağ”ın Avropa klub turnirlərinin qrup mərhələsində çıxış etməsi, xüsusən də iki dəfə Çempionlar Liqası kimi nüfuzlu turnirin əsas raunduna çıxması Azərbaycan futbolsevərləri üçün qürur mənbəyidir. Bu uğurlu çıxış hər mövsüm ölkəmizə böyük klubları gətirməklə yanaşı, klublarımızın sabit gəlir mənbəyi də hesab olunur. Amma çox az adam bilir ki, “Qarabağ”ın bu uğurunun kökündə UEFA-nın apardığı islahatlar böyük pay sahibidir.   

Onilliklər boyu UEFA Çempionlar Liqası Avropanın ən zəngin futbol ölkələrinin klublarına məxsus bir elit turnir idi. 1992/1993 mövsümündə Çempionlar Liqası formatı yaranandan 2009-cu ilə qədər 17 il ərzində bu mötəbər futbol bayramının qapıları kiçik ölkə klublarının üzünə bağlı qaldı. Bu dövrdə ən yaxşı halda futbol ənənələri olan Xorvatiya, Danimarka, Macarıstan, Sloveniya kimi ölkələrin klubları ara-sıra qrup mərhələsinə çıxa bilirdi. Kiçik assosiasiyaların – daha aşağı UEFA əmsallarına malik ölkə çempionlarının qrup mərhələsinə çıxmaq şansı az idi. Böyük futbol klubları ilə cırtdanlar arasında yaranan bu uçurum gəlirlərə də təsir edirdi və bu gediş gec-tez gəlirlərdən məhrum olan kiçik ölkələri futbolsuz qoyacaqdı. UEFA bu tendensiyanın qarşısını almaq məqsədi ilə islahatlara əl atmalı oldu. 2009-cu ildən etibarən mərhələli şəkildə tətbiq edilən islahatlar bu mənzərəni köklü şəkildə dəyişdi, futbolda kiçik ölkə klublarının üzünə yeni qapılar açıldı, ikinci şanslar yaradıldı və kiçik futbol ölkələrinin klublarına Avropa yarışlarında daha uzun müddət qalmaq imkanı verildi.

2009 İnqilabı: “Çempionlar Yolu”

UEFA-nın yeni təsnifat yolunu tətbiq etməsi və qrup mərhələsinə gedən yolları ayırması dönüş nöqtəsi oldu. Çempionlar Yolu — avtomatik vəsiqə qazanmayan ölkə çempionları üçün, Liqa Yolu – güclü liqalardan olan qeyri-çempion komandalar üçün. Güclü ölkələrin klublarının əmsal hesabına birbaşa qrupda olması, kiçik ölkə klublarının çempionlarının “Çempionlar Yolu”nda daha zəif rəqiblərlə oynamasına imkan yaratdı. Yəni, kiçik futbol ölkələrinin çempionları artıq erkən mərhələlərdə böyük liqaların yüksək reytinqli qeyri-çempionları ilə də qarşılaşmadılar. Bu dəyişiklik fırtınası dərhal hiss olundu. Kiprin APOEL klubu 2009-2010 mövsümündə qrup mərhələsinə düşdü, iki il sonra isə hətta 1/4 finalına yüksəldi. Daha sonra BATE (Belarus), “Ludoqorets” (Bolqarıstan), “Viktoriya” (Çexiya), nəhayət 2014/15 mövsümündə “Astana” böyük futbol bayramının iştirakçısı oldu. BATE-nin ÇL-in daimi iştirakçısına çevrilməsi və “Astana”nın uğuru “Qarabağ” üçün siqnal idi. Heyəti legionerlərlə gücləndirməklə qrupa yola tapmaq mümkün idi. Xoşbəxtlikdən, UEFA islahatları Azərbaycan iqtisadiyyatının güclənən, neft gəlirlərinin artan dövrünə təsadüf edirdi. Klublarımız faktiki olaraq bir çox Şərqi Avropa, Balkan, Skandinaviya klublarından daha çox maliyyə dəstəyi almaqda idi. Lakin heç bir klubumuz UEFA-nın yaratdığı bu şəraitdən istifadə edə bilmirdi. “İnter” (Bakı), “Bakı”, “Neftçi” Şərqi Avropa, Balkan klublarına uduzaraq ÇL-ə çıxa bilmirdi. Bunun da əsas səbəbi yarıtmaz idarəçilik və pulların göyə sovurulması idi. Məhz bu iki amilin qaydasında olduğu “Qarabağ” nəhayət, bu islahatdan 8 il sonra ÇL-in qrupuna çıxa bildi. Bu yolda Ağdam təmsilçisi “Samtrediya” (Gürcüstan), “Şerif” (Moldova) və Danimarka çempionu “Kopenhagen”i məğlub etdi. Göründüyü kimi, faktiki olaraq “Qarabağ”ın yoluna böyük klublar çıxmadı. Burada UEFA-nın islahatı ilə yanaşı digər klublarımızla müqayisədə  “Qarabağ”da düzgün idarəçiliyin yaradılması və korrupsiyanın yoxluğu idi. Məhz bu iki amil “Qarabağ”ın Avropada stabil oynamasına imkan yaratmışdı. Amma bu islahatlardan “Qarabağ” belə heç də həmişə istifadə edə bilmədi və əksər hallarda Çempionlar Liqasının təsnifat mərhələsində uğursuz çıxış etdi.  2009-cu il UEFA inqilabından sonra bir dəfə ÇL-in qrup mərhələsinə yol tapan ağdamlılar böyük maliyyə dəstəyi, dövlətin diqqətinə baxmayaraq ÇL-in təsnifat və pley-off mərhələlərində “Zaltsburq”, BATE, “Viktoriya Plzen” (2 dəfə), “Rakuv”, APOEL, “Mölde”, “Dinamo Zaqreb” kimi elə də güclü olmayan rəqiblərə uduzaraq qitənin mötəbər klub turnirindən kənarda qalırdı. Lakin belə bir məqamda da UEFA kiçik ölkələrin dadına çatdı və təşkilatın başqa bir islahatı uğursuzluğu uğura çevirmək üçün imkan yaratdı.

Yeni Nəfəs: “İkinci Şans” Sistemi

UEFA-nın növbəti yeniliyi 2010-cu illərin əvvəllərində gəldi – turnirlər arasında davamlılıq sistemi yaradıldı. Çempionlar Liqasının təsnifat mərhələsində uduzan komandalar Avropa Liqasında çıxış etməyə davam edə bildilər. Bu konsepsiya 2021-ci ildə daha da genişləndi — Avropa Konfrans Liqası yaradıldı və beləliklə, klublara üçüncü səviyyəli Avropa turnirində təcrübə qazanmaq imkanı verildi. Nəticədə, ildən ilə ÇL-in təsnifat raundunda uduzan “Qarabağ” yolunu daha zəif Avropa Liqasında davam etdirir və nisbətən zəif klubları yenərək digər turnirin qrupuna çıxırdı. Bəzən, ÇL-də bir Lüksemburq komandasını yenib, digər rəqibə uduzmaqla, yəni, cəmi bir qələbə ilə Avropa Liqasına çıxan komandalar pley-off raundunda zəif rəqibi asanlıqla keçib qrupa düşür, azarkeş məyusluğunu təzədən sevincə çevirirdi. Bu yenilikdən ölkəmizdə ilk yararlanan “Neftçi” idi. 2012/2013 mövsümündə “Zestafoni”ni (Gürcüstan) keçən bakılılar “Hapoel” (Kiryat-Şmona, İsrail) qarşısında darmadağın olsalar da, Avropa Liqasının pley-off-una düşdü və orada APOEL (Kipr) üzərində qələbə ilə Azərbaycan tarixində ilk dəfə Avropa klub turnirinin qrupuna çıxmağı bacardı. “Qarabağ” isə Avropa Liqasında getdikcə stabil oynasa da, yalnız 2014/2015 mövsümündə qrupa yol tapa bildi. Yenilik “Qarabağ”ın da işinə yaradı. Çempionlar Liqasının təsnifatında uduzdu, Avropa Liqasında bir mərhələ ilə qrupa çıxdı. Konfrans Liqasının yaranması və davamlılıq prinsipi kiçik ölkələrin işini bir qədər də rahatladı. İlk illərdə azarkeşlər üçün bu sistem qəribə idi: komandalar uduzur, amma yenə şans verilir. Belə prinsip Avropa kuboklarının ruhuna yad idi. Amma UEFA ədalət yaratmaq, kiçik ölkələrə də şans vermək istəyirdi. Nəticədə, klublar uduzur, amma yola davam edərək pul və əmsallar qazanırdılar. Bu, kiçik ölkələr üçün tamamilə yeni bir dövr idi. Məğlubiyyət artıq son demək deyildi – o, sadəcə yeni istiqamətə yönəlmək anlamına gəlirdi. Yəni, kiçik ölkə klubları uğursuzluqdan uğur qazanırdılar. 

2016–2021: “Üçüncü Yer Davamı” Qaydası

2016/2017 mövsümündə UEFA daha bir mühüm yenilik etdi — Çempionlar Liqası qrupunda üçüncü yeri tutan komandalar avtomatik olaraq Avropa Liqasının pley-off mərhələsində çıxış etmək hüququ qazandılar. Bu qayda 2021–22 mövsümündə genişləndi — Avropa Liqası qruplarında üçüncü yeri tutan komandalar Konfrans Liqasının pley-off mərhələsində oynamaq imkanı əldə etdilər. Bu “üçüncü yer davamı” sistemi üç UEFA turnirini birləşdirən aydın bir piramida yaratdı. Komandalar Çempionlar Liqasında çətinlik çəksələr belə, Avropa Liqasında daha balanslı rəqiblərlə mübarizəni davam etdirə bilərdilər — eyni prinsip Konfrans Liqasına da şamil edildi. Kiçik futbol ölkələrinin klubları üçün bu, daha çox oyun, daha uzun iştirak və maddi sabitlik demək idi.

UEFA islahatları və niyə məhz “Qarabağ”

UEFA-nın maliyyə vəsaitlərinin kiçik ölkələr üçün də əlçatan olması üçün apardığı ölkələr şübhəsiz ki, zəif futbol ölkələrinin işinə yaradı. Amma “Qarabağ”ın 2014-cü ildən bəri sabit olaraq Avropa klub turnirlərində çıxış etməsi tək bu faktorla bağlı deyil. Doğrudur, uduzduqdan sonra Avropa Liqasında, Konfrans Liqasında yola davam maliyyə və əmsal toplamaq üçün işə yarayırdı. Amma gerçəklik budur ki, UEFA-nın yaratdığı bu fürsəti davamlı şəkildə dəyərləndirən yeganə Azərbaycan klubu məhz “Qarabağ” oldu. Hafiz Məmmədovun “Bakı”sı, Mübariz Mənsimovun “Xəzər Lənkəran”ı, Giorgi Nikolovun “İnter”i, SOCAR-ın “Neftçi”sinə milyonlar kömək etmədi. “Qarabağ” isə UEFA-nın verdiyi fürsətə məharətlə adaptasiya olaraq sabit bir çıxış trayektoriyası cızdı. Bunun iki əsas səbəbi yuxarıda qeyd olunub: düzgün inzibati və maliyyə idarəçiliyi. “Qarabağ”ın uğursuz alınan mövsümlərində belə baş məşqçi Qurban Qurbanova etimadı saxlayan, klubun fəlsəfəsini dəyişməyən, sistemin saxlanılmasına üstünlük verən və bununla da sabitliyi qoruyan bir klub rəhbərliyinin rolu danılmazdır. Bu sabitlik zamanla “Qarabağ”a vəsait, əmsal və ən əsası təcrübə gətirdi.

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09