Ukrayna ilə heç-heçə olan oyundan dərhal sonra müsahibə verən Ayxan Abbasov belə deyib: “Hər kəsi təbrik edirəm. Buna ehtiyacımız vardı. Çətin durumda idik. Son hadisələr… Futbolçular üzərinə düşəndən artığını etdilər. Vuruşmaq lazımdır, xarakter lazım idi. Bir gün vaxtımız var idi. Təcrübəli futbolçular toparlanmaqda kömək etdilər. Xarakter göstərdik. Elvin Cəfərquliyev bəlkə də bu qədər qaçmamışdı. Azarkeşlərə təşəkkür edirəm”.
Komandanın nöqsanları barədə suala isə Abbasov belə cavab verdib: “Bu barədə danışmaq düz olmaz. Hər bir məşqçinin baxışı var. Gələcəkdə inşallah lazım olarsa… Ruh lazımdır, sistem lazımdır. Çoxdandır bu istək yox idi. Demək ki, eləmək olar”.