Xəbər verdiyimiz kimi bu gün 2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin oyunları keçiriləcək. Cənubi Amerikada seçmə mərhələ son iki tura qədəm qoyur. Qeyd edək ki, bu zonadan Dünya Çempionatının final mərhələsinə ən yaxşı altı komanda vəsiqə qazanır. Yeddinci yerin sahibi digər konfederasiyanın təmsilçisi ilə play-off oyununda əlavə vəsiqə uğrunda mübarizə aparacaq.
Bu gün gecə saatlarında baş tutacaq oyunlarda bu komandalar qarşılaşacaq:
03:30 Argentina – Venesuela Matç! Futbol 2
03:30 Kolumbiya – Boliviya Matç! Futbol 1
03:30 Paraqvay – Ekvador Matç! Futbol 3
03:30 Uruqvay – Peru
04:30 Braziliya – Çili Matç! TV
