“Bazel”də yanğın: Liderlə oyun təxirə salındı

12.04.26 | 22:41
Dünya futbolu

İsveçrə çempionatının finişinə bir aydan az vaxt qalmış futbol ictimaiyyəti gözlənilməz xəbərlə sarsılıb. Turnir cədvəlinə sensasiyalı şəkildə başçılıq edən “Tun”, ən yaxın izləyicisi “Sankt-Qallen”i 12 xal qabaqlayaraq çempionluğa doğru inamla irəliləyir. Cədvəlin 4-cü pilləsində qərarlaşan “Bazel” isə turnir mübarizəsindən daha ağır sınaqla üz-üzə qalıb.

Cümə günü gecə saatlarında “Bazel”in ev stadionunda ciddi yanğın hadisəsi baş verib. Hadisə ilə bağlı klub rəsmi bəyanat yayıb: “Cümə günü gecə saatlarında əsas komandamızın paltardəyişmə otağında yanğın baş verib. Hadisənin başvermə səbəbləri hələlik tam aydınlaşdırılmayıb. Xəsarət alan olmayıb, lakin kluba külli miqdarda maddi ziyan dəyib. Sürətlə yayılan alov əsas komandanın istifadəsində olan sahəni tamamilə külə döndərib”.

Klubun hesabatında qeyd olunur ki, yanğın nəinki otaqları, həm də komandanın fəaliyyəti üçün həyati əhəmiyyət kəsb edən bütün avadanlıqları sıradan çıxarıb. Paltardəyişmə, ləvazimat anbarları, baş məşqçinin və komanda menecerinin kabinetləri, həmçinin fizioterapiya, duş və sanitar qovşaqlar ciddi zərər görüb. Futbolçuların fərdi butsları, bütün oyun və məşq formaları, tibbi və texniki avadanlıqlar tamamilə məhv olub.Yaranmış fövqəladə vəziyyət – xüsusilə də qısa müddətdə bərpası mümkün olmayan texniki və tibbi təchizatın itirilməsi səbəbindən, şənbə günü keçirilməli olan “Bazel” – “Tun” qarşılaşması ləğv edilib. Oyunun hansı tarixdə keçiriləcəyi barədə hələlik rəsmi məlumat yoxdur.

Paylaş:

Xəbər Lenti

FİFA-dan bilet şoku: qiymətlər astronomik həddə çatdı!

13.04.26 | 15:17

Avropa çempionatında üç şahmatçımız liderlər qrupunda qərarlaşıb

13.04.26 | 14:36

Portimao-2024: Ölkəmizin batut və tamblinq gimnastikasında tarixi sıçrayışı

13.04.26 | 14:55

Ozobiçdən tarixi nailiyyət: Kvaratsxeliyanın 71 qolluq rekordu yeniləndi

13.04.26 | 14:17

Basketbolçumuz ÇL-in “rəmzi beşliyi”nə düşüb

13.04.26 | 14:14

“Sabah”ın 350-ci qolu: İqor Noqeyra tarixə düşdü

13.04.26 | 13:59

Premyer Liqada 16 illik həsrət bitdi: İkinci yerli het-trik!

13.04.26 | 13:23

“Bazel”də yanğın: Liderlə oyun təxirə salındı

12.04.26 | 22:41

Saşa İliç: “Beskorovaynıy ilə münaqişə xəbəri feykdır”

12.04.26 | 22:41

Kurban Berdıyev: “Hər şey Allahın əlindədir, bizim üçün ən vacibi növbəti oyundur”

12.04.26 | 22:03

“Turan” Tovuza qayıdışı qələbə ilə qeyd etdi

12.04.26 | 19:47

Kaxaber Tsxadadze: “Premyer Liqada qalmaq üçün hər şeyi edəcəyik”

12.04.26 | 19:51

Jorje Kaşkilya: “0:7 gözləyənlərə cavabımız budur!”

12.04.26 | 19:16

“Qəbələ”dən sönük oyun və məğlubiyyət

12.04.26 | 15:01

“Sabah”ın Çempionlar Liqasını qələbə ilə başa vurdu

12.04.26 | 15:53

FIFA-da inqilab və ya xaos: 48 azdır, hədəf 64 komandadır!

12.04.26 | 01:59

Raulun rekordu tarixin arxivinə gömüldü: Lamin Yamaldan 100-cü oyunda yubiley şousu

12.04.26 | 01:52

Tarixi rekordun kölgəsində möhtəşəm qələbə: “Bavariya” 101-ə çatdı

12.04.26 | 01:42

Yuri Vernidub: “Emin bizim açarımızdır, qarşıdakı oyunlar isə finala bərabərdir”

12.04.26 | 00:27

Vadar Nuriyev: “Avrokubok şansımız hələ bitməyib”

11.04.26 | 23:20