“Turan” Tovuza qayıdışı qələbə ilə qeyd etdi

12.04.26 | 19:47
Ölkə futbolu

Uzun fasilədən sonra doğma azarkeşləri önünə çıxan “Turan-Tovuz” matça yüksək motivasiya ilə başladı. Qurban Berdiyevin yetirmələri ilk dəqiqələrdən rəqibə pressinq tətbiq edərək “Sumqayıt”ı müdafiəyə çəkilməyə məcbur etdi. Meydan sahiblərinin təzyiqi çox keçmədən bəhrəsini verdi. 9-cu dəqiqədə Ayxan Hüseynovun zərgər dəqiqliyi ilə ötürməsini Filip Ozobiç qola çevirərək hesabı açdı.

İkinci hissəyə də sürətli başlayan qərb təmsilçisi rəqibi yenidən hazırlıqsız yaxaladı. 50-ci dəqiqədə növbəti dəfə səhnəyə Ayxan Hüseynov çıxdı. Onun ikinci məhsuldar ötürməsini bu dəfə Jo Batista tora qovuşduraraq fərqi ikiyə çatdırdı.

İki top fərqi ilə geridə qalmasına baxmayaraq, Saşa İliçin baş məşqçisi olduğu qonaq komanda mübarizədən qopmadı.

Xüsusilə 60-cı dəqiqədə edilən üçlü əvəzetmədən sonra “kimyaçılar” hücumda daha aktiv görünürdülır. Bunun nəticəsi olaraq, cəmi 4 dəqiqə sonra sağ cinahdan edilən asmanı Rayan Senhaci başla dəqiq tamamlayaraq “Sumqayıt”ı ümidləndirib.

Oyunun son dəqiqələri gərgin mübarizə və qarşılıqlı hücumlarla yadda qalsa da, tabloda hesab dəyişməyib. Nəticədə “Turan-Tovuz” həm hesabına mühüm 3 xal yazdırıb, həm də avrokuboklar uğrunda mübarizədə iddialı addım atıb.

Tribunaların azarkeşlı dolması və əsl futbol bayramı ab-havasının hökm sürməsi bir daha oyunların futbolun beşiyi olan region şəhərlərinə qayıtmasının nə qədər vacib olduğunu göstərdi.

Turan-Tovuz – Sumqayıt 2:1

Qollar: Filip Ozobiç, 9 (1:0), Jo Batista, 50 (2:0), Rayan Senhaci, 64 (2:1)

Baş hakim: Kamranbəy Rəhimov

“Turan Tovuz”: Oleq Baklov, Filip Ozobiç (Xəyal Nəcəfov, 70), Rəhim Qasımov, Faiq Hacıyev (k), Ayxan Hüseynov (Fərid Yusifli, 78), Jo Batista, Emmanuel Hakman, Hayderson Urtado, Jorje Silva, Roberto Olabe, Mark Mampassi.

“Sumqayıt”: Mehdi Cənnətov (k), Höccət Haqverdi, Nihad Əhmədzadə (Nikola Ninkoviç, 60), Nadir Orucova, Aleksandr Ramalinqom (Rüstəm Əhmədzadə, 60), Rayan Senhaci, Danilo Beskorovaynı, Ronaldo Vaskes, Masaki Murata (Səbuhi Abdullazadə, 60), Nsana Simon, Aleksa Yankoviç.

Sarı vərəqələr: N. Əhmədzadə, 17. Hakman, 45. D. Beskorovaynı, 48. F. Hacıyev, 58. N. Orucov, 90.

Paylaş:

Xəbər Lenti

FİFA-dan bilet şoku: qiymətlər astronomik həddə çatdı!

13.04.26 | 15:17

Avropa çempionatında üç şahmatçımız liderlər qrupunda qərarlaşıb

13.04.26 | 14:36

Portimao-2024: Ölkəmizin batut və tamblinq gimnastikasında tarixi sıçrayışı

13.04.26 | 14:55

Ozobiçdən tarixi nailiyyət: Kvaratsxeliyanın 71 qolluq rekordu yeniləndi

13.04.26 | 14:17

Basketbolçumuz ÇL-in “rəmzi beşliyi”nə düşüb

13.04.26 | 14:14

“Sabah”ın 350-ci qolu: İqor Noqeyra tarixə düşdü

13.04.26 | 13:59

Premyer Liqada 16 illik həsrət bitdi: İkinci yerli het-trik!

13.04.26 | 13:23

“Bazel”də yanğın: Liderlə oyun təxirə salındı

12.04.26 | 22:41

Saşa İliç: “Beskorovaynıy ilə münaqişə xəbəri feykdır”

12.04.26 | 22:41

Kurban Berdıyev: “Hər şey Allahın əlindədir, bizim üçün ən vacibi növbəti oyundur”

12.04.26 | 22:03

“Turan” Tovuza qayıdışı qələbə ilə qeyd etdi

12.04.26 | 19:47

Kaxaber Tsxadadze: “Premyer Liqada qalmaq üçün hər şeyi edəcəyik”

12.04.26 | 19:51

Jorje Kaşkilya: “0:7 gözləyənlərə cavabımız budur!”

12.04.26 | 19:16

“Qəbələ”dən sönük oyun və məğlubiyyət

12.04.26 | 15:01

“Sabah”ın Çempionlar Liqasını qələbə ilə başa vurdu

12.04.26 | 15:53

FIFA-da inqilab və ya xaos: 48 azdır, hədəf 64 komandadır!

12.04.26 | 01:59

Raulun rekordu tarixin arxivinə gömüldü: Lamin Yamaldan 100-cü oyunda yubiley şousu

12.04.26 | 01:52

Tarixi rekordun kölgəsində möhtəşəm qələbə: “Bavariya” 101-ə çatdı

12.04.26 | 01:42

Yuri Vernidub: “Emin bizim açarımızdır, qarşıdakı oyunlar isə finala bərabərdir”

12.04.26 | 00:27

Vadar Nuriyev: “Avrokubok şansımız hələ bitməyib”

11.04.26 | 23:20