Bu, haqqında nə isə yazmağa ehtiyac olmayan oyunlar silsiləsindən idi. “Karvan” çempiona nəinki müqavimət göstərmək iqtidarında deyildi, hətta ikirəqəmli hesabla məğlub da ola bilərdi. Elə “Qarabağ”da meydanda insaf nədi tanımırdı və son dəqiqələrə qədər yüksək tempdə, aqressiv oyunla daha çox qola, rekordlara can atırdı. Oyunun sonunda hətta Musa Qurbanlı Abbas Hüseynovun ötürməsi ilə 8-ci qolu da vurdu. Lakin hakim ofsayd səbəbi ilə qohumların yaratdığı qolu ləğv etdi. Beləliklə, vurulan 7 qolun heç birində azərbaycanlı imzası olmadı. Bu da ölkə futbolunun acı gerçəkliyini göstərən mənzərə oldu.
Premyer Liqa, 26-cı tur
QARABAĞ – KARVAN-YEVLAX 7:0 (5:0)
Qollar: Leandro Andrade, 23 (1:0), 64 (7:0), Kamilo Duran, 31 (2:0), 45 (5:0), 48 (6:0), Dani Bolt, 40 (3:0), Abdulla Zubir, 43 (4:0)
Baş hakim: Kamranbəy Rəhimov.
“Qarabağ”: Mateuş Koxalski, Elvin Cəfərquliyev (Jeremi Nyali, 64), Abdulla Zubir (k) (Toral Bayramov, 64), Kevin Medina, Kadi, Mateus Silva, Conni Montiel, Dani Bolt (Abbas Hüseynov, 64), Leandro Andrade, Pedro Bikalyo (Marko Yankoviç, 64), Kamilo Duran (Musa Qurbanlı, 64).
“Karvan- Yevlax”: Pedru Mateuş, Elvin Yunuszadə (k), Vadim Abdullayev, Coy-Sleyd Mikkels, Şakil Sno, Kayl Spens (Samuel Dürrant, 57), Moyze Ngvisani (Vüsal Məsimov, 57), Qavi Tompson (Rauf Rüstəmli, 57), Piter Kinqs (Uğur Cahangirov, 46), İmani Barker, Olavale Doeni (Eltun Turabov, 57).
Sarı vərəqə: Dani Bolt, 62.