Gürcüstanın Batumi şəhərində keçiriləcək ağırlıqqaldırma üzrə Avropa çempionatında ölkəmizi təmsil edəcək millinin heyəti bəlli olub.
Qitə birinciliyində komandamızın şərəfini 4 idmançı qoruyacaq. Turnirdə aşağıdakı ağırlıqqaldıranlarımız medallar uğrunda mübarizə aparacaqlar:
Tehran Məmmədov – 60 kq
İsa Rüstəmov – 71 kq
Ravin Əlməmmədov – 79 kq
Əli Şükürlü – 110 kq
Avropa çempionatı aprelin 19-da start götürəcək və 26-dək davam edəcək.