“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59
Ölkə futbolu

Macarıstanın “Ferentsvaroş” klubu Azərbaycan çempionu “Qarabağ”ın daha bir aparıcı oyunçusunu heyətinə qatmaq üçün hərəkətə keçib. Budapeşt təmsilçisi bu dəfə “Köhlən atlar”ın braziliyalı dayaq yarımmüdafiəçisi Pedro Bikalyonu hədəfə alıb.

Macarıstan mətbuatının yaydığı məlumata görə, “frodi” ləqəbli klub Bikalyonu transfer siyahısına daxil edib və artıq futbolçunun oyununu yaxından izləməyə başlayıb.  Tərəflər arasında rəsmi danışıqların hələ başlamadığı bildirilsə də, Budapeşt təmsilçisinin bu transferi qarşıdan gələn yay fasiləsində reallaşdırmaq niyyətində olduğu vurğulanır.

Qeyd edək ki, Pedro Bikalyonun “Qarabağ”la hazırkı müqaviləsi 2027/28 mövsümünün sonuna qədər nəzərdə tutulub. Müqavilədə həmçinin bu müddətin daha bir il uzadılması variantı da mövcuddur. Bu isə o deməkdir ki, Macarıstan çempionu 24 yaşlı futbolçunu heyətinə qatmaq üçün Azərbaycan klubuna təzminat ödəməli olacaq.

İki klub arasındakı transfer əlaqələri artıq ənənə halını almağa başlayıb. Xatırladaq ki, “Ferentsvaroş” daha əvvəl “Qarabağ”dan başqa bir braziliyalı dayaq yarımmüdafiəçisi Julio Romaonu transfer etmişdi.

Bundan başqa, hazırda yenidən “Qarabağ”ın formasını geyinən braziliyalı ulduz Kadi Borxes də karyerasının bir hissəsini “Ferentsvaroş”da keçirib. O, Rusiyanın “Krasnodar” klubundan Budapeştə yollanmış, ötən mövsüm isə yenidən “Qarabağ”a dönmüşdü.Görünən odur ki, “Ferentsvaroş” Romaodan sonra Bikalyo ilə də orta xəttini gücləndirməkdə israrlıdır. Yayda bu marağın rəsmi təklifə çevriləcəyi gözlənilir.

Paylaş:

Xəbər Lenti

AFFA-dan Adil Şükürova sərt cəza

07.04.26 | 15:02

“İmişli” “Turan Tovuz”u qəbul edir – YENİLƏNİR

07.04.26 | 15:39

Ürək yerinə zibil qabı: “Real”ın xilaskarı Oliver “Bavariya”ya qarşı

07.04.26 | 14:26

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11