Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29
Digər növlər

Özbəkistanın paytaxtı Daşkənddə qadın sablyaçılar arasında keçirilən Dünya Kubokuna komanda yarışları ilə yekun vurulub. Ölkəmizin qadınlardan ibarət milli komandası turniri dünyanın ən güclü 10 kollektivi sırasında tamamlayıb.

Polina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət sablya yığmamız yarışa iddialı start verib. Turnirin 1/8 final mərhələsində millimizin rəqibi ABŞ seçməsi olub. Gərgin keçən qarşılaşmada qızlarımız sonradan turnirin finalına qədər yüksələn rəqibinə 32:45 hesabı ilə məğlub olaraq, mübarizəni 9-16-cı yerlər uğrunda davam etdirib.

9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə sablyaçılarımız yüksək əzm nümayiş etdiriblər. İlk olaraq meydan sahibi Özbəkistan seçməsini 45:39 hesabı ilə üstələyən millimiz, növbəti mərhələdə Ukrayna yığması ilə üz-üzə gəlib və bu dueldə 45:42 hesablı qələbə qazanan təmsilçilərimiz 9-cu yer uğrunda həlledici matça vəsiqə qazanıblar.

Doqquzuncu pillə uğrunda keçirilən qarşılaşmada sablyaçılarmız Macarıstan yığması ilə qarşılaşıblar. Görüşün son saniyələrinə qədər davam edən intriqa rəqibin xeyrinə yekunlaşıb (43:45). Bu nəticə ilə qadın millimiz Dünya Kubokunu 10-cu pillədə başa vurub.

Paylaş:

Xəbər Lenti

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09

Miroslav Stupar: Ukrayna millisinə “Neftçi”nin baş məşqçisini məsləhət gördü

29.03.26 | 15:48

Pike Messi və Ronaldunu müqayisə etdi: “Biri maşın, digəri dahi”

29.03.26 | 14:13

Türkiyənin mundial taleyi ingilis hakimə tapşırıldı

29.03.26 | 14:11

Aqil Nəbiyev: “Əsas problemimiz son nöqtəni qoya bilməməkdir”

28.03.26 | 23:45