Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19
Ölkə futbolu

Millinin baş məşqçisi Ayxan Abbasov “FIFA Series 2026” turniri çərçivəsində sabah Sumqayıtda Syerra-Leoneyə qarşı keçiriləcək oyun öncəsi media mənsublarının suallarını cavablandırıb.

Sentyabrda start götürəcək rəsmi oyunlar öncəsi bu sınağın böyük önəm daşıdığını vurğulayan mütəxəssis, komandadakı ab-hava və hədəflər barədə maraqlı məqamlara toxunub.

Turnirdəki ikinci oyununa çıxacaq millimizin rəqibi Syerra-Leone üçün bu, ilk qarşılaşma olacaq. Abbasov rəqibi ciddi analiz etdiklərini bildirib: “Rəqib optimal heyətlə buradadır. Onların heyətində Fransanın yüksək liqasında çıxış edən müdafiəçilər var. Texnikalı, topla oynamağı bacaran komandadır. Biz isə doğma meydanda, azarkeşlərimizin dəstəyi ilə qələbə qazanmaq istəyirik. Hər oyunda keyfiyyət baxımından irəli getməliyik”.

Sent-Lusiya ilə oyundakı (6:1) böyükhesablı qələbədən sonra heyətdə dəyişikliklərin olacağı gözləniləndir. Baş məşqçi bu məsələyə prinsipial yanaşır: “Sabah start heyətində dəyişikliklər olacaq. Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışı olmamalıdır. Biz bu auranı yox etmək istəyirik. Bura ən yaxşılar dəvət olunub və hər kəs hər an məsuliyyəti üzərinə götürməyə hazır olmalıdır”.

Canni De Byazinin qələbələrdən sonra mətbuat konfransına kapitan Emin Mahmudovla çıxmaq ənənəsinə gəlincə, Abbasov fərqli yanaşma nümayiş etdirir: “Mən gəldiyim gündən istəyirəm ki, hər bir futbolçu fərdi məsuliyyəti hiss etsin. Hər oyun qabağı fərqli oyunçuları bura gətiririk ki, media ilə ünsiyyətdə olsunlar. Bizim hansısa xüsusi rituallara inamımız yoxdur”.

Gələcək planlar və “Şamaxı”dan ayrılacağı barədə gəzən söz-söhbətlərə də aydınlıq gətirən Abbasov, 2026-cı ilin milli üçün uğurlu keçəcəyinə inanır: “Ardıcıl ikinci qələbə həm futbolçular, həm də məşqçilər heyəti üçün böyük motivasiyadır. Millətlər Liqasındakı rəqiblərimiz bizə yaxşı mübarizə aparmağa və statistikada irəliləməyə imkan verir. Bu il bizim üçün ən uğurlu illərdən biri ola bilər”.

Klub karyerası ilə bağlı isə o, hazırda tam olaraq milliyə fokuslandığını və qərarın yay təlim-məşq toplanışından sonra AFFA rəhbərliyi ilə müzakirə olunacağını qeyd edib.

Paylaş:

Xəbər Lenti

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48