90 dəqiqəlik müdafiə “zülmü” və sonda darmadağın

27.03.26 | 18:01
Ölkə futbolu

AVRO-2027-nin seçmə mərhələsində gənclə yığmamız (U-21) növbəti dəfə azarkeşlərini məyus etdi. Bakıdakı “Palms Sports Arena”da keçirilən qarşılaşma, futbol adına utancverici bir mənzərə ilə yadda qaldı. Hesabdakı 0:4 məğlubiyyəti bir kənara, meydandakı statistik göstəricilər millimizin nə dərəcədə çarəsiz olduğunu çılpaqlığı ilə ortaya qoydu.

90 dəqiqəlik “zülm”: Qapıya zərbə belə vura bilmədik?

Oyunun statistikasına baxdıqda millimizin demək olar ki, meydanda “olmadığını” görürük. Budur acı həqiqətlər.

Hücum yox, sadəcə “sağ qalmaq” cəhdi: Oyun boyu demək olar ki, bütün komanda ilə öz cərimə meydançasına qapanan millimiz, rəqib qapısı önündə bir dənə də olsun kəsərli hücum qura bilmədi.

Topa nəzarət faciəsi: Topun rəqibdə qalma faizi və ötürmə dəqiqliyi arasındakı uçurum, futbolçularımızın hətta 3-4 dəqiq ötürmə belə edə bilmədiyini göstərdi.

Qapıya zərbələr: Portuqaliya hər 5 dəqiqədən bir qapımıza təhlükəli zərbələr endirdiyi halda, bizim futbolçuların rəqib qapıçını narahat etməyə belə gücü çatmadı.

İkinci hissədə bir anda dağılan müdafiə

İlk 45 dəqiqədə “dişlə-dırnaqla” 0:0 hesabını qoruyan komanda, ikinci hissənin startı ilə sanki oyundan tamamilə qopdu. 51-ci dəqiqədən 75-ci dəqiqəyə qədər olan 24 dəqiqəlik zaman kəsiyində qapımızda ard-arda 4 qol görməyimiz müdafiə xəttimizin nə dərəcədə intizamsız və dözümsüz olduğunun sübutudur.

Gənclər futbolunda “uçurum”

Bu, sadəcə bir oyunun hesabı deyil. Bu, gənclər futbolumuzun düşdüyü dərin uçurumun statistikasıdır. Portuqaliya, Çexiya və Şotlandiya kimi rəqiblərə qarşı ümumilikdə qapımızdan onlarla qol buraxmağımız, gələcək adına ümidləri tamamilə puç edir.

Futbolçularımızın bütün oyun boyu yalnız topun dalınca qaçması və müdafiədə passiv duruş sərgiləməsi, ölkə futbolsevərlərini bird aha üzdü. “Ev sahibi” statusunda çıxış edən bir komandanın bu dərəcədə ruhsuz oynaması biabırçılıqdan başqa bir şey deyil.

AZƏRBAYCAN (U-21) – PORTUQALİYA (U-21) 0:4 (0:0)

Qollar: Moreyra, 51 (0:1), Parente, 54 (0:2), Şermiti, 66 (0:3), Simoeş, 75 (0:4)

Baş hakim: Xristos Vergetis (Yunanıstan).

Azərbaycan: Xəyal Fərzullayev, Emin Rüstəmov (k), Raul Məmmədov, Eşqin Əhmədov, Rüfət Abbasov (Şahin İbrahimov, 74), Şahin Şahniyarov (Bilal İsmayılov, 89), Oruc Məmmədov, Murad Məmmədov (Emil Süleymanov, 62), Edqar Adilxanov (Nihat Əhmədzadə, 61), Nahid Əliyev (Nuqar Rəşidov, 74), Əkbər Əyyubov.

Portuqaliya: Joau Karvalyu, Tiaqu Parente, Qabriel Braş (k), Tiaqu Qabriel, Daniel Banjaki, Matiaş Di Amorim (Diequ Rodriqeş, 63), Joau Simoeş (Dioqu Lobau, 77), Karluş Forbş, Qonsalu Moreyra, Noa Saviolu (Rojer Fernandeş, 63), Yusif Şermiti.

Gənclər yığmamız daha əvvəl Portuqaliya (0:5), Bolqarıstan (1:1), Çexiya (0:5), Şotlandiya (3:3) və Cəbəllüttariqlə (1:0) qarşılaşıb.

Paylaş:

Xəbər Lenti

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09

Miroslav Stupar: Ukrayna millisinə “Neftçi”nin baş məşqçisini məsləhət gördü

29.03.26 | 15:48

Pike Messi və Ronaldunu müqayisə etdi: “Biri maşın, digəri dahi”

29.03.26 | 14:13

Türkiyənin mundial taleyi ingilis hakimə tapşırıldı

29.03.26 | 14:11

Aqil Nəbiyev: “Əsas problemimiz son nöqtəni qoya bilməməkdir”

28.03.26 | 23:45