“Qarabağ”ın Liverpul görüşünü slovaklar idarə edəcək

26.01.26 | 14:16
Ölkə futbolu

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki tarixi oynunun hakimləri bəlli olub. Yanvarın 28-də İngiltərənin məşhur “Enfild” stadionunda keçiriləcək “Liverpul”la matçı Slovakiya təmsilçilərindən ibarət hakimlər briqada idarə edəcək. UEFA-nın qərarına əsasən, qarşılaşmanın baş hakimi İvan Krujlyak olacaq. 41 yaşlı referiyə yan xəttdə həmyerliləri Branislav Hancko və Yan Pozor kömək edəcək. Ehtiyat hakim funksiyasını isə Peter Kraloviç yerinə yetirəcək.

İvan Krujlyak bu mövsüm “Qarabağ”ın oyununa artıq ikinci dəfə təyinat alır. O, ağdamlıların Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Şimali Makedoniya “Şkendiya”sı ilə Skopyedəki ilk görüşünü idarə etmişdi. Həmin matçın “Qarabağ”ın minimal hesablı qələbəsi ilə bitməsi, azarkeşlərdə bu hakimin komandamız üçün “düşərli” olması təəssüratını yaradıb.

Bu oyun hər iki komanda üçün həlledici əhəmiyyət kəsb edir. “Qarabağ” hazırda 10 xalla 18-ci pillədə qərarlaşıb və pley-off mərhələsinə vəsiqəni təmin etmək üçün bu oyundan xalla ayrılmağa çalışacaq. “Liverpul” isə 15 xalla 4-cü yerdədir və birbaşa 1/8 finala yüksəlmək üçün qələbə hədəfləyir.

Qarşılaşma Bakı vaxtı ilə gecə saat 00:00-da start götürəcək.

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09