“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov karyerasında 500-cü qələbəsini qazanıb. O, bu göstəriciyə ümumilikdə çıxdığı 857 oyunda nail olub. Təcrübəli mütəxəssisin yubiley qələbəsi Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunun, “Ayntraxt”la qarşılaşmaya (3:2) təsadüf etdi. Ağdam təmsilçisi Qurbanovun rəhbərliyi altında bütün turnirlərdə 471-ci qələbəsini qazanıb. Qurban Qurbanov, həmçinin “Neftçi” ilə 25, Azərbaycan millisinin sükanı arxasında isə 4 qələbə sevinci yaşayıb.
Qeyd edək ki, Qurbanovun məşqçilik karyerasında debütü 6 avqust 2006-cı ildə baş tutub. Həmin oyunda onun rəhbərlik etdiyi “Neftçi”
“Gənclərbirliyi” komandasını 6:1 hesabı ilə məğlub edib.
Əsas faktlar
Ümumi oyun sayı: 857
Ümumi qələbə: 500
“Qarabağ”da qələbə sayı:471
“Neftçi”də qələbə sayı: 25
Millidə qələbə sayı: 4
Yubiley qələbəsi: “Qarabağ” – “Ayntraxt” 3:2