Premyer Liqanın oyunlarının vaxtı açıqlandı

07.01.26 | 14:52
Ölkə futbolu

Premyer Liqanın qış fasiləsindən sonrakı turların proqramı dəqiqləşib. 18-ci turun mərkəzi qarşılaşması fevralın 1-də Bakıda “Qarabağ” və “Turan Tovuz” komandaları arasında keçiriləcək və bu oyunla tura yekun vurulacaq. Turun digər maraqlı görüşündə isə “Araz-Naxçıvan” doğma meydanda “Neftçi”ni qəbul edəcək.

19-cu turda isə futbolsevərləri maraqlı qarşılaşmalar gözləyir. “Neftçi” və “Qəbələ” arasındakı prinsipial oyun fevralın 10-da turun bağlanış matçı olacaq. Həmçinin, “Şamaxı” və “Qarabağ” kubok oyunundan cəmi 5 gün sonra bu dəfə çempionat çərçivəsində yenidən Şamaxıda qarşı-qarşıya gələcəklər.

18-ci tur

30 yanvar

14:30 “Karvan-Yevlax” – “Sumqayıt” (Yevlax şəhər stadionu)

17:00 “Qəbələ” – “İmişli” (Qəbələ şəhər stadionu)

31 yanvar

14:30 “Kəpəz” – “Şamaxı” (Yevlax şəhər stadionu)

17:00 “Zirə” – “Sabah” (Zirə İdman Kompleksinin stadionu)

1 fevral

16:00 “Araz-Naxçıvan” – “Neftçi” (Bakı, “Liv Bona Dea Arena”)

18:30 “Qarabağ” – “Turan Tovuz” (Bakı, “Azərsun Arena”)

19-cu tur

8 fevral

16:00 “Sabah” – “Araz-Naxçıvan” (Masazır, “Bank Respublika Arena”)

18:30 “Sumqayıt” – “Zirə” (Sumqayıt, Mehdi Hüseynzadə adına stadion)

9 fevral

14:30 “İmişli” – “Kəpəz” (Quba İOK stadionu)

18:30 “Turan Tovuz” – “Karvan-Yevlax” (Tovuz şəhər stadionu)

10 fevral

14:30 “Şamaxı” – “Qarabağ” (Şamaxı şəhər stadionu)19:00 “Neftçi” – “Qəbələ” (Bakı, “Palms Sports Arena”)

Paylaş:

Xəbər Lenti

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09