Fred Qrim: Bu oyunda xal qazanmağa çalışacağıq

09.12.25 | 19:19
Ölkə futbolu

“Ayaks”ının baş məşqçisi Fred Qrim Bakıda “Qarabağ”a qarşı UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI tur matçından öncə mətbuat konfransında Bakıya qələbə üçün gəldiyini bildirib.

-Biz bütün oyunlarımızda yalnız qalib gəlmək istəyirik. Həm sabahkı matçda, həm də digər qarşılaşmalarda. Xüsusilə də 7 xalı olan “Qarabağ”a qarşı oynamaq bizim üçün çox vacibdir. “Qarabağ”ı kifayət qədər analiz etmişik. Bu mövsüm balanslı komandadır və çox sürətli şəkildə hücuma çıxma qabiliyyətləri var. Biz bunları nəzərdən keçirmişik və onlara qarşı müəyyən planlarımız mövcuddur. Sabah elə bir oyun olacaq ki, həm qalib gələ bilərik, həm də uduzma ehtimalı var. Hər iki nəticəyə hazırıq.

Fred Qrim “Qarabağ”dan kiminsə adını çəkməyin düzgün olmadığını bildirib.

-Onların kifayət qədər güclü müdafiəsi var və çox yaxşı, sürətli hücumlar qura bilirlər. Lakin sabahkı oyundan qorxmuruq. Baxmayaraq ki, hazırda 0 xalımız var, biz bu matçı istifadə edib xal qazanmağa çalışacağıq.

Paylaş:

Xəbər Lenti

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48