Bu gün kişilərdən ibarət “Azərreyl” voleybol klubu CEV Kubokunda ilk oyununu keçirib. Paytaxt təmsilçisi 1/32 final mərhələsində Niderlandın “Orion Stars” klubu ilə qarşılaşıb. Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutan görüşdə “dəmiryolşular” ilk seti qazansalarda, sonda meydanı məğlub tərk ediblər – 1:3 (25:23, 18:25, 24:26, 26:28). Xatırladım ki, cavab oyunu noyabırın 19-da Niderlanda keçiriləcək.