Bu gün futbol üzrə Premyer Liqada 24-cü turun pərdəsi açılır. Turun ilk matçında “Araz-Naxçıvan” doğma meydanda “Karvan-Yevlax”ı qəbul edəcək. Ötən tur “Qarabağ”dan ağır zərbə alan (0:6) nominal meydan sahibləri üçün bu görüş mənəvi reabilitasiya xarakteri daşıyır. Andrey Demçenkonun yetirmələri azarkeşləri qarşısında özünü doğrultmağa çalışacaq. Kağız üzərində favorit naxçıvanlılar görünsə də, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan Yevlax təmsilçisinin “diş göstərməsi” sürpriz xal itkisinə yol aça bilər.
Günün ikinci qarşılaşmasında isə son vaxtlar eniş dövrünü yaşayan “Sumqayıt” formda olan “Şamaxı” ilə üz-üzə gələcək. Ayxan Abbasovun rəhbərliyi altında son 4 turda məğlubiyyət üzü görməyən “şirlər”, bu uğurlu seriyanı “Gənclik şəhəri”ndə qələbə ilə taclandırmaq niyyətindədir.
18:30 ARAZ-NAXÇIVAN – KARVAN-YEVLAX
Bakı, “Liv Bona Dea Arena” stadionu.
Baş hakim: Kamranbəy Rəhimov.
20:30 SUMQAYIT – ŞAMAXI
Sumqayıt, Mehdi Hüseynzadə adına stadion.
Baş hakim: Cavid Cəlilov.