Yuri Vernidub: “Emin bizim açarımızdır, qarşıdakı oyunlar isə finala bərabərdir”

12.04.26 | 00:27
Ölkə futbolu

Premyer Liqada gərginlik pik həddə çatıb. Avrokuboklar uğrunda mübarizədə hər xalın qızıl dəyərində olduğu bir məqamda “Neftçi” mühüm qələbə qazanıb. Oyundan sonra jurnalistlərin önünə çıxan Yuri Vernidub həm qələbənin sevincini bölüşüb, həm də komandadakı boşluqlar və gələcək taleyi ilə bağlı iddialara nöqtə qoyub.

Ukraynalı mütəxəssis komandasının ilk 60 dəqiqədəki performansından razı qalsa da, oyunun sonrakı dəqiqələrində yaranan enişin səbəbini psixoloji amillərlə əlaqələndirib: “İlk hissədə oyunumuz həqiqətən çox yaxşı idi. Ən azı 6-7 real qol vəziyyəti yaratdıq, lakin təəssüf ki, hamısından yararlana bilmədik. 60-cı dəqiqəyə qədər üstünlük tam bizdə idi. Hesab 2:0 olduqdan sonra futbolçularda müəyyən arxayınlıq yarandı. Rəqibi daim presinq altında saxlamaq istəsək də, sonradan oyunun tempi düşdü. Fiziki hazırlığımız üzərində hələ çox işləməliyik”.

Baş məşqçi komandanın kapitanı Emin Mahmudovun meydana qayıtmasını xüsusi vurğulayıb və bəzi oyunçuların yoxluğu ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib: “Emin bizim açar oyunçumuzdur. Ağır zədədən sonra belə iradə nümayiş etdirərək qayıtması bizi sevindirir.  Abubakar üç həftə zədə səbəbindən məşq etməyib. Cəmi beş günlük hazırlıqla əvvəlki formanı bərpa etmək mümkün deyil. Sambu da hələ fərdi məşqlərlə kifayətlənir. Onun “Qarabağ”la ikinci oyuna yetişməsi sual altındadır.  Ştoqrinin heyətdə olmamasının səbəbi zəhərlənmədir. Hətta ehtiyat oyunçular skamyasında da otura bilmədi”.

Turnir cədvəlindəki rəqabətə toxunan Vernidub, hər matçın “final” əhəmiyyəti daşıdığını bildirib: “Üzərimdə əlavə təzyiq hiss etmirəm, lakin hər oyunun gərginliyi artır. Aprel ayında bizi ‘Zirə’ və ‘Qarabağ’ kimi ciddi rəqiblərlə qarşılaşmalar gözləyir. Bu oyunlardan çox şey asılı olacaq. Futbolçularımız dərk etməlidir ki, bundan sonra hər matç kubokun finalı kimidir. Biz yalnız irəli getməli və xallar toplamalıyıq. Qalanını isə yalnız Uca Yaradan bilir.”

Son vaxtlar Ukrayna mətbuatında adının milli komanda ilə hallanmasına münasibət bildirən baş məşqçi, bu xəbərləri təkzib edib: “Son aylarda ukraynalı jurnalistlərin heç biri ilə ünsiyyətim olmayıb. Yazılanlar mənimlə bağlı deyil. Mənə rəsmi təklif gəlməyib. Hazırda bütün diqqətim və hədəfim “Neftçi”dir. Bməsuliyyəti üzərimə götürmüşəmsə, onu sona qədər çatdırmalıyam. Rəhbərliklə və komanda ilə birliyimiz bizim ən böyük gücümüzdür”.

Paylaş:

Xəbər Lenti

FIFA-da inqilab və ya xaos: 48 azdır, hədəf 64 komandadır!

12.04.26 | 01:59

Raulun rekordu tarixin arxivinə gömüldü: Lamin Yamaldan 100-cü oyunda yubiley şousu

12.04.26 | 01:52

Tarixi rekordun kölgəsində möhtəşəm qələbə: “Bavariya” 101-ə çatdı

12.04.26 | 01:42

Yuri Vernidub: “Emin bizim açarımızdır, qarşıdakı oyunlar isə finala bərabərdir”

12.04.26 | 00:27

Vadar Nuriyev: “Avrokubok şansımız hələ bitməyib”

11.04.26 | 23:20

Dambrauskas: “Rəqib bir xal üçün gəlmişdi və buna nail oldu”

11.04.26 | 22:34

Rəşad Sadıqov: “Oyunçularımız əzmkarlıq göstərdi”.

11.04.26 | 22:58

“Neftçi” “Araz-Naxçıvan”ı da məğlub etdi

11.04.26 | 20:44

Ayxan Abbasov ayrılıq anonsunu verdi!

11.04.26 | 20:26

“Qarabağ”da böyük təmizlik anonsu: “Köklü dəyişikliklər etmək istəyirik”

11.04.26 | 20:57

Masazırda 4 qollu triller: “Zirə” “Sabah”ı dayandırdı!

11.04.26 | 19:34

Fernandu Santuş DÇ-2026-da iştirak edə bilər

11.04.26 | 19:37

Ayxan Abbasovdan “Qarabağ”a ağır zərbə

11.04.26 | 15:03

“Sofascore” son nöqtəni qoydu: Ronaldonun qollarını kim “oğurlayır”?

11.04.26 | 12:35

“Qəbələ”ninın ispan legioneri zədələndi

11.04.26 | 12:46

Füzuli Məmmədov: “Bu qələbə bizə gələcək üçün böyük ümid verir”

10.04.26 | 19:55

“Fənərbaxça”nın ulduzunun villasında 40 min dollar oğurlanıb

10.04.26 | 19:26

Azər Bağırov: “Mən gələndə xaos idi, indi isə sonuncu pillədə deyilik”

10.04.26 | 19:16

AFFA I və II liqa klublarını cərimələdi

10.04.26 | 17:12

Rüstəmlinin het-triki “Kəpəz”i şoka saldı

10.04.26 | 15:02