Rüstəmlinin het-triki “Kəpəz”i şoka saldı

10.04.26 | 15:02
Ölkə futbolu

Premyer Liqasının 27-ci turu “Karvan-Yevlax” və “Kəpəz” qarşılaşması ilə start götürdü. Turnir cədvəlində rəqibindən 13 xal öndə olan və son turlardakı yüksəlişi ilə diqqət çəkən “Kəpəz” matçın favoriti hesab edilirdi. Azər Bağırovun yetirmələri üçün bu qarşılaşma, son pillələrdə qərarlaşan “Qəbələ” ilə xal fərqini qorumaq baxımından həyati əhəmiyyət daşıyırdı.

Lakin start fiti ilə meydanda tam fərqli bir mənzərə yarandı. Füzuli Məmmədovun komandası ilk dəqiqələrdən təşəbbüsü ələ alaraq qonaqları öz cərimə meydançasına sıxışdırdı. Yevlax təmsilçisinin ardıcıl hücumları qolun çox da uzaqda olmadığından xəbər verirdi.

Səhnəyə “Sabah”dan ilin sonuna qədər icarəyə götürülən Rauf Rüstəmli çıxdı. 38-ci dəqiqədə sol cinahdan gələn ötürməni dəqiq zərbə ilə qapıçı Yusif İmanovun başı üzərindən tora göndərən yarımmüdafiəçi hesabı açdı. İlk yarının sonuna əlavə olunmuş dəqiqələrdə isə Rüstəmli dublunu rəsmiləşdirərək komandasını fasiləyə 2:0 öndə apardı.

İkinci hissəyə daha fəal başlayan “Kəpəz” 48-ci dəqiqədə Fərid Nəbiyevin gözəl qolu ilə ümidləndi. Lakin “Karvan” intizamlı müdafiəsi və təhlükəli əks-hücumları ilə rəqibə imkan vermədi. 64-cü dəqiqədə Mikkels əlverişli şansı boşa versə də, bir dəqiqə sonra künc zərbəsindən sonra daxil edilən topu Eltun Turabov tora qovuşduraraq fərqi yenidən ikiyə çatdırdı.

Oyunun son saniyələrində günün qəhrəmanı Rauf Rüstəmli yenidən səhnəyə çıxaraq het-trikini tamamladı və “Karvan”a mövsümün ilk böyükhesablı qələbəsini qazandırdı.

Matça favorit kimi çıxan Gəncə təmsilçisi müdafiə xəttindəki səhvlər və “Karvan”ın sürətli hücumlarına cavab verə bilməməsi səbəbindən ağır məğlubiyyət aldı. Yusif İmanovun bir neçə seyvi komandanı daha böyük hesablı məğlubiyyətdən xilas etsə də, xal qazanmaq üçün kifayət etmədi.

KARVAN-YEVLAX – KƏPƏZ 4:1 (2:0)

Qollar: Rüstəmli, 38 (1:0), 45+1 (2:0), 90+4 (4:1); Nəbiyev, 48 (2:1); Turabov, 65 (3:1).

Baş hakim: Nicat İsmayıllı.

Karvan-Yevlax: Pedru Mateuş, Vadim Vasilyev (k), Eltun Turabov, Vüsal Məsimov (Moyze Ngvisani, 83), Uğur Cahangirov (Qavi Tompson, 71), Rauf Rüstəmli, Emin Rüstəmov, Coy-Sleyd Mikkels (Samir Abdullayev, 83), Şakil Sno, Kayl Spens (Samuel Dürrant, 83), İmani Barker.

Kəpəz: Yusif İmanov, Ehtiram Şahverdiyev (Rauf Hüseynli, 84), Fərid Nəbiyev (Əli Səmədov, 84), Şakir Seyidov, Rəhman Hacıyev, Camal Cəfərov (Ümid Səmədov, 46), Paçu, Olavale Onanuqa, Mahamadu Ba (k), Adama Fofana, Mate Abuladze.

Sarı vərəqələr: Onanuqa, 31. Barker, 50. Turabov, 86.

Paylaş:

Xəbər Lenti

“Şamaxı” “Qarabağ”ı qəbul edir – YENİLƏNİR

11.04.26 | 15:03

“Sofascore” son nöqtəni qoydu: Ronaldonun qollarını kim “oğurlayır”?

11.04.26 | 12:35

“Qəbələ”ninın ispan legioneri zədələndi

11.04.26 | 12:46

Füzuli Məmmədov: “Bu qələbə bizə gələcək üçün böyük ümid verir”

10.04.26 | 19:55

“Fənərbaxça”nın ulduzunun villasında 40 min dollar oğurlanıb

10.04.26 | 19:26

Azər Bağırov: “Mən gələndə xaos idi, indi isə sonuncu pillədə deyilik”

10.04.26 | 19:16

AFFA I və II liqa klublarını cərimələdi

10.04.26 | 17:12

Rüstəmlinin het-triki “Kəpəz”i şoka saldı

10.04.26 | 15:02

“İnter” Hakan transferində “Qalatasaray”ın yolunu kəsdi

10.04.26 | 15:20

Qvardiolanın milyonları və qızının sınıq telefonu

10.04.26 | 15:25

“Barselona” hakimi cəzalandırdı

10.04.26 | 09:04

Şaxtyor” yarımfinalın bir addımlığında: Arda Turanın taktiki qələbəsi

10.04.26 | 09:45

“Portu”nun bəxtsizliyi: Bir daban ötürməsi və hər şeyi dəyişən avtoqol.

10.04.26 | 02:48

“Barselona” – “Atletiko” oyununda qalmaqalı:Penalti, yoxsa hakim xətası?

09.04.26 | 23:20

Avropa çempionatı: Süleymanlı və Abasov itkisiz irəliləyir

09.04.26 | 23:05

“Sabah” qrup mərhələsini ikinci pillədə başa vurdu

09.04.26 | 23:58

Florentino Peresin yeni hədəfi Olisedir

09.04.26 | 20:01

Paris medalları yeniləndi: Maqomedovla Cəfərova yeni mükafatları təqdim olundu

09.04.26 | 17:43

Toral Bayramov “Qarabağ”ı tərk edir: Yeni ünvan hara olacaq?

09.04.26 | 17:13

Avropa çempionatı: Aydın Süleymanlı turnir cədvəlinə başçılıq edir

09.04.26 | 17:28