Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46
Dünya futbolu

Jurnalist Pipe Syerra xəbər verir ki, Kolumbiya millisinin ulduzu Xames Rodriges Fransa yığmasına qarşı keçirilən yoldaşlıq oyunundan sonra xəstəxanaya yerləşdirilib. Hazırda o, Minnesota ştatındakı klinikalardan birində həkim nəzarətindədir.

Məlumata görə, hospitalizasiyaya səbəb futbolçunun orqanizminin kəskin susuzlaşması olub. Maraqlıdır ki, qarşılaşma ABŞ-ın şərqində, Merilend ştatının Lendover şəhərində baş tutsa da, futbolçunun vəziyyəti komandasının məskunlaşdığı Minnesotada pisləşib. Bazar ertəsindən etibarən xəstəxanada olan 34 yaşlı yarımmüdafiəçi hazırda profilaktik və reabilitasiya xarakterli müalicə kursu keçir. Həkimlər futbolçunun vəziyyətinin stabil olduğunu və tezliklə yaşıl meydanlara qayıda biləcəyini ehtimal edirlər.

Xatırladaq ki, “Real”ın sabiq ulduzu bu qış transfer pəncərəsində Meksikanın “Leon” klubundan “Minnesota Yunayted”ə keçib. MLS təmsilçisinin heyətində hələlik cəmi 2 oyuna çıxan kolumbiyalı pleymeyker, hələ ki, məhsuldar göstəricilərlə yadda qala bilməyib.

Paylaş:

Xəbər Lenti

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Sumqayıt” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24