Vadar Nuriyev: “Avrokubok şansımız hələ bitməyib”

11.04.26 | 23:20
Ölkə futbolu

“Araz-Naxçıvan” Premyer Liqanın son turunda prinsipial rəqibi “Neftçi”yə minimal hesabla məğlub olaraq vacib xallar itirdi. Qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında komandasının çıxışını dəyərləndirən məşqçi Vadar Nuriyev, xüsusilə ikinci hissədəki oyundan razı qaldığını və turnir cədvəlindəki iddialarını sonadək sürdürəcəklərini bildirib.

Məşqçi komandasının hər iki hissədəki performansını dəyərləndirərək, matça qələbə üçün çıxdıqlarını vurğulayıb: “Bu görüşə final gözü ilə baxırdıq və məqsədimiz üç xal idi. Etiraf etməliyəm ki, ilk hissədə rəqib bizdən daha üstün göründü. Lakin fasilədən sonra etdiyimiz əvəzləmələr bəhrəsini verdi və oyunda dönüş yarada bildik. Cinah oyunçularının yoxluğuna rəğmən, ikinci hissədə sərgilədiyimiz futbol və vurduğumuz qol məni razı saldı. ‘Neftçi’ni qələbə münasibətilə təbrik edirəm”.Nuriyev komandanın turnir cədvəlindəki mövqeyi və avrokubok perspektivləri barədə gələn suala nikbin cavab verib: “Avrokubok qatarının artıq getdiyini deməzdim. Qarşıda hələ 6 tur var və bu, kifayət qədər böyük xal ehtiyatı deməkdir. Rəqiblərimiz də xallar itirəcək. Odur ki, mübarizədən tam kənarda qaldığımızı düşünmürəm. Sonadək şansımızı qorumağa çalışacağıq”.

Paylaş:

Xəbər Lenti

Yuri Vernidub: “Emin bizim açarımızdır, qarşıdakı oyunlar isə finala bərabərdir”

12.04.26 | 00:27

Vadar Nuriyev: “Avrokubok şansımız hələ bitməyib”

11.04.26 | 23:20

Dambrauskas: “Rəqib bir xal üçün gəlmişdi və buna nail oldu”

11.04.26 | 22:34

Rəşad Sadıqov: “Oyunçularımız əzmkarlıq göstərdi”.

11.04.26 | 22:58

“Neftçi” “Araz-Naxçıvan”ı da məğlub etdi

11.04.26 | 20:44

Ayxan Abbasov ayrılıq anonsunu verdi!

11.04.26 | 20:26

“Qarabağ”da böyük təmizlik anonsu: “Köklü dəyişikliklər etmək istəyirik”

11.04.26 | 20:57

Masazırda 4 qollu triller: “Zirə” “Sabah”ı dayandırdı!

11.04.26 | 19:34

Fernandu Santuş DÇ-2026-da iştirak edə bilər

11.04.26 | 19:37

Ayxan Abbasovdan “Qarabağ”a ağır zərbə

11.04.26 | 15:03

“Sofascore” son nöqtəni qoydu: Ronaldonun qollarını kim “oğurlayır”?

11.04.26 | 12:35

“Qəbələ”ninın ispan legioneri zədələndi

11.04.26 | 12:46

Füzuli Məmmədov: “Bu qələbə bizə gələcək üçün böyük ümid verir”

10.04.26 | 19:55

“Fənərbaxça”nın ulduzunun villasında 40 min dollar oğurlanıb

10.04.26 | 19:26

Azər Bağırov: “Mən gələndə xaos idi, indi isə sonuncu pillədə deyilik”

10.04.26 | 19:16

AFFA I və II liqa klublarını cərimələdi

10.04.26 | 17:12

Rüstəmlinin het-triki “Kəpəz”i şoka saldı

10.04.26 | 15:02

“İnter” Hakan transferində “Qalatasaray”ın yolunu kəsdi

10.04.26 | 15:20

Qvardiolanın milyonları və qızının sınıq telefonu

10.04.26 | 15:25

“Barselona” hakimi cəzalandırdı

10.04.26 | 09:04